Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / MSK onun lider olduğu dairədə 11 məntəqəni ləğv etdi

MSK onun lider olduğu dairədə 11 məntəqəni ləğv etdi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Namizəd Kərimov Faiq və Azadoğlu Nazim şikayətlərində bildirib ki, dairə üzrə seçkidə iştirak edənlərin sayı az olsa da, rəqəmlər  lider namizədin xeyrinə şişirdilib. Eyni zamanda, namizədlərə protokollar verilməyib.

MSK-nın  araşdırması zamanı müəyyən olunub ki, 11 məntəqədə seçicilərin iradəsinə təsir edən hal var. Beləliklə, MSK qərara alıb ki, 1,10,13, 32,36, 37,38, 39,40, 55, 59 saylı məntəqələrin nəticələri ləğv edilsin.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur.

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …