Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / MSK deputat qardaşının səlahiyyətinə xitam verdi

MSK deputat qardaşının səlahiyyətinə xitam verdi

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin nümayəndəsinin səlahiyyətinə xitam verilib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar verilib.

Belə ki, iclasda Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin birinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb. Vəhdət Partiyasının nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, səlahiyyətli nümayəndələrindən biri Kərimli Fəxrəddin Zayıdxan oğlunun səlahahiyyətli nümayəndə statusunun ləğv edilməsi onun həyat yoldaşı Kərimli Səadət Nazir qızının 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin üzvü olması ilə əlaqədardır.

Xatırladaq ki, Fəxrəddin Kərimli deputat Tahir Kərimlinin qardaşıdır. trend

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …