Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / MSK bu dairələr üzrə qərar qəbul etdi – SİYAHI

MSK bu dairələr üzrə qərar qəbul etdi – SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb.

Həmin müraciətlərin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 8 saylı Binəqədi Birinci seçki dairəsi, 15 saylı Yasamal Birinci Seçki dairəsi, 34 saylı Xətai İkinci Seçki dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib. /Report

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …