Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / “Moskvada mənə sual verilir ki, Füzuli Beynəlxalq Aeroportu cəmi 8 aya necə tikilib?”

“Moskvada mənə sual verilir ki, Füzuli Beynəlxalq Aeroportu cəmi 8 aya necə tikilib?”

Azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərinə şahidlik etmək zövqvericidir. Bunu jurnalistlərə açıqlamasında Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, azad olunan ərazilərdə bərpa-quruculuq işləri çox sürətlə gedir:

“Hətta Moskvada mənə sual verilir ki, Füzuli Beynəlxalq Aeroportu cəmi 8 aya necə tikilib? Bu doğrudan da bir möcüzədir.

Gözümün qarşısında dağların ətəyindən yol salındı. Biri var bütün bunları haradasa oxuyasan, görəsən, biri də var öz gözlərinlə canlı şahidi olasan. Həqiqətən bütün bunlar insana zövq verir. Ona görə ki, ölkəmiz, xalqımız, Prezidentimiz çox uğurlu işlər görür. Xoşbəxt insanam ki, bunların hamısını gördüm”, – deyə P.Bülbüloğlu vurğulayıb.

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …