Ana səhifə / Aktual / Moskvada həbs olunan azərbaycanlıları necə müdafiə edək – ŞƏRH

Moskvada həbs olunan azərbaycanlıları necə müdafiə edək – ŞƏRH

Ermənilərin Rusiya paytaxtında həmyerlərimizə hucumlarından sonra 70-ə yaxın azərbaycanlı saxlanıb. Bundan əvvəl Moskvada, Sankt Peterburqda və Rusiyanın başqa şəhərlərində də belə qarşıdurmaların olduğu xəbər verilmişdi. Bu insidentlər Rusiya şəhərlərində iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində yaşanmış hərbi qarşıdurmanın ardınca yayılmağa başlayıb. İyulun 24-də Moskvada 7 nəfər Bratislava küçəsindəki Azərbaycan restoranına basqın edib, həmyerlilərimizin iaşə obyekti dağıdılıb. Toqquşmalara Rosqvardiya müdaxilə edib. Moskva polisi azərbaycanlılarla ermənilər arasında paytaxtın cənub-şərqində baş vermiş dava-dalaşın ardınca cinayət işi başlayıb.

Moskva şəhər polisinin məlumatına görə, cinayət işləri Rusiya CM-nin 213 (xuliqanlıq) və 162-ci (qarət) maddələri ilə açılıb. Ermənilərin azğınlığı həmyerlilərimizin hiddətinə səbəb olub və qarşılıq verilib.  Bratislavskaya metrosunun qarşısında, Lyublinskaya və Nijniye Polya küçələrinin kəsişməsində də toqquşmalar olub. Moskvaya Milli Qvardiya və xüsusi təyinatlı polis qüvvələri yeridilib. Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib ki, dava-dalaşı ermənilər başlayıblar. İyulun ortalarından bəri ABŞ-ın Los Anceles şəhərində, London və Varşava da daxil Avropa paytaxtlarında azərbaycanlılar və ermənilərin iki ölkənin səfirlikləri qarşısında aksiyaları olub. Bu aksiyalardan bəzilərində də toqquşma və zorakılıqlar baş verib. Los-Ancelesdəki 3 min erməninin qatıldığı tədbirdə 70-ə yaxın həmyerlimizə qarşı zorakılığa yol verilib.

Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a deyib ki, baş verənlərlə əlaqəli Azərbaycanın Rusiyadakı səfirliyi çox ciddi şəkildə məşğul olmalıdır: “Moskvada və digər paytaxtlarda baş verənlər Ermənistanın təxribatıdır. Bu ilk təxribat deyil, illərdir ki, bu cür addımlar atırlar. Amma Rusiya dövləti, Rusiya höküməti var və bu işlərlə bağlı mövqeyini bildirməlidir. Bu hadisələr ermənilərin Tovuza hucumlarından sonra baş verdi. Ermənilər haqsız durumda olduqlarının fərqindədirlər. Diqqət yayındırmaq üçün hucumlar həyata keçirmələri də bu baxımdan başadüşüləndir. Azərbyacanlılar  dünyanın hər yerində baş verənlərə etirazlarını bildirirlər. Erməni tərəfi bunu davaya çevirməklə, təxribat törətməklə baş verənləri pərdələməyə çalışır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri çox ciddi şəkildə işləməlidir, təxribatların baş tutmaması üçün, Ermənistanın işğalçı siyasətinin hər kəsin diqqətinə çatdırılması üçün bütün gücünü səfərbər etməlidir. Bu işdə Azərbaycan diaspor təşkilatları da səfirliklərimizə dəstək verməlidir”.

Deputat deyir ki, baş verənlərdə qarşı tərəfin həyasızlığı sərhəd tanımır: “Tovuzda olduğu kimi digər yerlərdə də erməni təxribatı sərhəd tanımır. Hucum edir, insanları döyür, qətlə yetirir və özlərinin zərərgörmüş tərəf kimi dünya ictimaiyyətinə təqdim edirlər. Düzdür, buna əvvəllər olduğu kimi nail ola bilmirlər. Amma yenə də öz təxribat-təbliğat əməllərindən əl çəkmirlər. Həmyerlilərimizin öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi hüquq var. Azərbaycanlıların etirazları tamamilə hüquqa söykənir. Ermənilərin isə bu cür dinc aksiyalara müdaxiləsi, zorakılıqlara yol vermələrinin qarşısı alınmalıdır”.

Deputat deyir ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması vacibdir: “Bunu beynəlxalq hüquq tələb edir. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı dinc aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir”.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional ...

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə deyib ki, ermənilərin bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır: “Ancaq işğalçı Ermənistan dövlət sərhəddində törətdiyi təxribat zamanı Azərbaycan Ordusu və xalqı tərfindən aldığı layiqli cavabı beynəlxalq təşkilatlar və vandalizm hərəkətləri etdikləri ölkələrin hüquqi sistemi tərəfindən də almalıdırlar. Əks təqdirdə aydın görünür ki,1970-1980-ci illərdə ASALA, Daşnaksutyun və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə 70-dən çox insanı qətlə yetirmələri, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmələri, 24 türk diplomatını qətlə yetirmələri, ötən əsrin 20-30-cu illərində Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı sui-qəsd təşkil etmələri kimi hadisələr yenidən baş verə bilər. Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir. Ona görə də, ermənilərin bu vandalizminin qarşısı dərhal alnmalıdır. Unutmaq olmaz ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədir”.

Deputat bildirib ki, müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa, həm də yerli qanunvericiliyə görə həmin ökələrin hüquqi öhdəçiliyinə daxildir: “Ona görə də, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı dinc aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …