Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Moskvada güllələnən azərbaycanlı iş adamı Rəhman Əliyev imiş…

Moskvada güllələnən azərbaycanlı iş adamı Rəhman Əliyev imiş…

Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub.
REN TV-nin verdiyi xəbərə görə, bu, 49 yaşlı iş adamı Rəhman Əliyevdir.
O, qara və əlvan metalların alışı və satışı ilə məşğul olurmuş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

**
00:14
Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.
TASS xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib. İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.
\”Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub\”, – deyə agentliyin həmsöhbəti bildirib.
Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın