Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Moskva Polad Bülbüloğlunu dalana gətirmək istəyir

Moskva Polad Bülbüloğlunu dalana gətirmək istəyir

Eynulla Fətullayev

Belə təəssürat yaranırdı ki, Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycandan birdən, tamamilə qəfildən, heç nədən erməni milliyyətindən olan vətəndaşlarını ərazisinə buraxmağı tələb edərək kritik bəyanatlar seriyası ilə çıxış etdi. Bundan başqa, təcrübəli Rusiya diplomatları diplomatik etiketi pozaraq, bağlı qapılar arxasında idarələrarası danışıqların detallarını açır, Azərbaycanın Moskvadakı səfirliyinə göndərilmiş “yaddaş qeydləri”ni KİV-ə ötürərək səs-küylü de-marş yaradırdılar… Amma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sirr pərdəsini açdı – Rusiya Xarici İşlər Nazirliyi artıq bir neçə ildir ki, bağlı qapılar arxasında aparılan müzakirəni ictimaiyyətin mühakiməsinə çıxardı.

Azərbaycanın Xarici İşlər Nazirliyi görünməyən səbəblərdən alışmış kor qəzəbə münasibət bildirməməyə çalışaraq kifayət qədər korrekt cavab verdi. Azərbaycan ilk növbədə iki prezident – İlham Əliyev və Vladimir Putinin şəxsi dostluğu və birliyini dəyərləndirir və iki qardaş dövlətin müttəfiqlik əlaqələrində çat yarada biləcək iftiralara getmir.

Nazir Lavrovun sərt şərhlərini və xanım Zaxarovanən qeyri-adi ifadələrini oxuyur və təəccüb edirsən: Smolenskdə Ermənistan-Azərbaycan münaqişəsi barədə yalnız indi xəbər tutublar? Guya Moskvada bütün bu 30 il ərzində qarşıdurmanın sərt xarakteri və əsl səbəbləri haqda məlumatsız idilər. Emosiyalar o qədər ziddiyyətlidir ki, onları ifadə etmək belə çətindir…

Rusiyanın Xarici İşlər Nazirliyi Bakıdan nə istəyir? Smolensk Rusiya vətəndaşı olan milyonlarla erməni vətəndaşının Azərbaycana buraxılmasını tələb edir. Orada münaqişənin mənşəyinin polietnik fabulası haqqında doğrudanmı düşünmürlər?!

Bəs Rusiyada Ermənistandan olan azərbaycanlıların Yerevana səfərinə necə yanaşırlar?! Özü də, inanın, öz əcdadlarının torpaqlarını məcburi tərk etmiş milyonlarla azərbaycanlı heç olmasa bir dəfə Zəngəzurda, İcevanda, Masisdə, Krascnoselski rayonunda olmağı arzu edir. Rusiya və rəsmi Yerevan bu azərbaycanlıların Ermənistan ərazisində təhlükəsizliyini təmin edə bilərlərmi? Rusiyada belələri çoxdur, həm də Rusiya pasportu ilə. Şübhə edirəm, daha dəqiqi – inanmıram!

Budur, bu gün erməni mənşəli məşhur Rusiya politoloqu Andranik Miqranyan məşhur Rusiya nəşri FAN RİA-da çıxış edib və təəccüb və şübhə ilə bildirib ki, İlham Əliyev və Polad Bülbüloğlu kimi belə mədəni və sivil insanlar necə “qayda-qanun yarada və istənilən millətdən olan insanların hüquqlarını təmin edə bilmirlər”. Eyni sualı cənab Miqranyanın özünə də ünvanlamaq olar.

Mən çox yaxşı bilirəm ki, o, Paşinyanın rəhbərliyi ilə Ermənistanın mövcud hökumətini ruhən qəbul etmir. Bu Rusiya politoloqu Ermənistanın yeni başçısını elə bizim nəşrdə “yonulmamış Elçibəylə” müqayisə edirdi. Eyni zamanda, cənab Miqranyan keşmiş prezident, indi siyasi məhbus olan Robert Koçaryana böyük ehtiram bəsləyir. Bəs Ermənistan prezidenti olarkən Robert Sedrakoviçin Qarabağ münaqişəsinin səbəbini nədə gördüyünü dediyini bilirsinizmi? “Ermənilərin və azərbaycanlıların etnik uyğunsuzluğunda!”.

Andranik Miqranyan

O ki qaldı erməninin öz balaqlarında Rusiya pasportunu qürurla daşımasına, bu heç də o demək deyil ki, o öz milli mənsubiyyətindən imtina edir. Və Qarabağ münaqişəsini “ilk kəşf edənlərin” – Koçaryan və Sarkisyanın məntiqinə əsaslansaq, azərbaycanlını istənilən pasportla, Miqranyanın leksikası ilə ifadə etsək, Yerevanda sadəcə parçalayarlar.

Axı Sarkisyan bir dəfə fəxrlə etiraf etmişdi ki, erməni qoşunlarına Xocalıda dinc əhalini məhv etmək lazım gəldi, çünki azərbaycanlılar anlamalı idilər ki, ermənilər bu hərəkətə qadirdirlər! Eyni qayda ilə erməni də Bakıda xoşagəlməz hadisələrlə rastlaşmağa risk edir. Hərçənd, rəsmi statistikaya əsasən, Azərbaycanda hələ də on minlərlə erməni yaşayır.

Lavrov, Zaxarova və indi də Miqranyan doğrudanmı aşkar həqiqətləri anlamırlar? Tarixi nifrət çox dərin, narahatlıq reaksiyası çox həssas, etnik düşmənçilik isə hələ də realdır.

Erməni-Azərbaycan polietnik müharibəsi – bu heç də bugünkü günün faciəsi deyil, təhlükəli tarixi mirasdır. Və bu münaqişənin siyasi nizama salınması olmadan iki xalqın bir yerdə yaşanması haqda danışmaq ağlasığmazdır. Bu, alovlandırılmış təxəyyülün çox şirin meyvəsidir. Məhz bu səbəbdən səfir Polad Bülbüloğlu öz rasional söhbətində tarixi analogiyalara apellyasiya verərək problemin siyasi həllinin birinci dərəcəliliyini göstərirdi.

Qarabağ müharibəsi – bu, tarixi mirasdır

Deyək ki, bu gün yəhudi Şərqi Yerusəlimin ərazisinə girə, əl-Əqsaya baş çəkə bilərmi? Və ya ərəb-müsəlman Ağlama divarına yavaş da olsa, toxuna bilərmi? Tutaq ki, unikal, qədim Yerusəlimdə yaranmış mədəniyyətlərin və sivilizasiyaların daxili siyasət nisbəti haqda dəlil gətirmək olar. Amma axı ABŞ yəhudiləri indiyə qədər Birləşmiş Ərəb Əmirliklərinə və ya Qətərə baş çəkməyə risk etmirlər. Və ABŞ-ın Dövlət Departamenti Əbu-Dabidən yəhudiləri Əmirliklərin ərazisinə buraxmağı tələb etmir, elə deyilmi? Vaşinqtonda belə əsassız tələblərin nəticəsinin nə ola biləcəyini anlayırlar. Belə təşəbbüslər millətlərarası düşmənçiliyi yenidən alovlandıra, münaqişənin yeni eskalasiyasına gətirib çıxara bilər. Münaqişənin səbəblərini və həlli yollarını müəyyən etmədən təkcə xalqların yox, elə sosial qrupların da mövcudluğu haqda necə danışmaq olar?!

Cənab Miqranyan iddia edir ki, indiyə qədər heç kim Bakıda və Sumqayıtdakı talanları unutmayıb. Amma axı hörmətli politoloq əla anlayır ki, Azərbaycanda da Qukarkdakı dəhşətli faciəni, harada ki, yalnız milli əlamətə görə Azərbaycan körpələrini qaz borularına doldururdular, yaddan çıxarmayıblar. Heç kim Xocalını, Şuşanı, Qarabağdakı qanlı günləri unutmayıb. Ötən günləri xatırlatmaq nəyə lazımdır? Eləcə də yaraları yenidən açmaq?

Xocalıda qətliam, tarixi inciklik həddən artıq çoxdur

Cənab Miqranyan soruşur: ” Və bundan sonra Azərbaycan istəyir ki, Qarabağ onların tərkibində qalsın?” Bəli, istəyirik, çox istəyirik və buna çalışırıq. Qarabağ, harada ki, qədimdən ermənilər azərbaycanlılarla yan yana yaşayır və vahid xalq mədəniyyətini, folklor və ənənələri formalaşdırırdılar, – bu, beynəlxalq miqyasda tanınmış Azərbaycan ərazisidir. Və Rusiya da həmçinin, Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır.

Amma bu əsassız, necə deyərlər, tarixin barmağından sorulmuş məsələdə məni ən çox Rusiya Xarici İşlər Nazirliyini ermənilərin Bakıya gəlişinə görə açıq qarşıdurmaya atılmağa vadar edən motiv maraqlandırır. Özü də Qarabağda girovluqda olan Azərbaycan əsilli vətəndaşı Dilqəm Əsgərovu, necə deyərlər, görməzlikdən gəldiyi halda…

Doğrudanmı bu gün bu, Rusiya-Azərbaycan əməkdaşlığının siyasi gündəmində ən vacib məsələdir? Niyə Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanda Amerikayönlü hökumətin yaradılmasngan, hansı ki, Soros dəstəkləyir, narahat olmur? Doğrudanmı Rusiyanın Xarici İşlər Nazirliyini Yerevanı bürümüş yeni anti-Rusiya kampaniyası və Rusiya bazasını Gümridən çıxarmaq tələbi narahat etmir? Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın iki ölkənin ittifaqı üçün siyasi meydanı genişləndirməyə çalışdığş göz önündə ola-ola, Ermənistanın Rusiyadan uzaqlaşdığını necə görməyə bilər?

Heç kəs, hətta bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da hələlik bütün bu suallara cavab vermək gücündə deyil. Çünki Rusiyanın Xarici İşlər Nazirliyi diplomatın özünü də, erməni millətindən olan politoloqlarla, hansılar ki, Rusiya KİV-inin səhifələrindən tez-tez Azərbaycana hücum edirlər, qarşıdurmaya sövq edir. İndi bizə səfirimizi Moskvanın hücumlarından müdafiə etmək lazım gələcək. Və mən inanmıram ki, bu vəziyyət elə-belə, birdən, qəflətən, tamamilə boş yerdən yaranıb, Bu, qarşıdurma yaratmaq cəhdidir. Və həmin güc bizim səfirimizi dalana aparır.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …