Ana səhifə / Aktual / Moldovanın paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq – Səfirlikdən açıqlama

Moldovanın paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq – Səfirlikdən açıqlama

Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yeni büstü qoyulacaq.

Azərbaycanın Moldovadakı səfirliyindən Mia.az-a bildirilib ki, büstün müəllifi tanınmış Azərbaycan heykəltəraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Ulu öndərin Bakıda hazırlanmış büstü artıq Moldovaya gətirilərək səfirliyə təhvil verilib.

Ümummilli liderin büstü ölkəmizin Kişineudakı diplomatik nümayəndəliyinin yeni kompleksinin açılışı zamanı səfirliyin binasının qarşısındakı parkda qoyulacaq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …