Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “MOL BULAQ” MMC-DƏ NİCAT MƏMMƏDOV-ELDAR CƏFƏROV CÜTLÜYÜNÜN DƏRƏBƏYLİYİ-ŞİKAYƏT

“MOL BULAQ” MMC-DƏ NİCAT MƏMMƏDOV-ELDAR CƏFƏROV CÜTLÜYÜNÜN DƏRƏBƏYLİYİ-ŞİKAYƏT

Bərdə rayon sakini Haciyev Oruc Məzahir oğlu, Milli Bankın Idarə Heyətininin sədri Elman Rustəmova ünvanladığı şikayətin bir nüsxəsini də Azinforum.az -a ünvanlayıb. Həmin məktunu olduğu kimi təqdim edirik:

“Bildirmək istəyirəm ki, Məmmədov Nicat Musa oğlunun 03.06.2015-ci ildə ” Mol Bulaq” Bank Olmayan Kredit Təşkilatı MMC-nin Bərdə filialina müdir gəlişindən sonra, mənə və filialın digər işçilərinə qarşı aqresiv davranışlar edərək, özü ilə gətirdiyi və ona qohum olan işçilərdən başqa, filialın bütün əməkdaşlarını sıxışdırmaga başladı.Filialın beş əməkdaşı bütün bu olanları ərizələrində qeyd edərək işdən azad olmaqları üçün ona müraciət etmiş və işdən azad olunmuşlar. Həmin beş nəfərdən biri də mənəm.  Ona etdiyim müraciətimdən sonra əmək məcəlləsinin 68.a bəndi ilə işdən azad olunmuşam.

Hörmətli Elman Rüstəmov cənabları, mən işdən azad olunmaq üçün ərizəni belə yazmışdım:
“Yazıb sizdən xahış edirəm ki, filial müdüri Nicat Məmmədovun qərəzli və qeyri-obyektiv tələbi və təzyiqi ilə məni tutduğum fəzifədən azad edəsiniz” 
Mən, yazdığım ərizədə “Mol Bulaq ” BOKT MMC-nin rəhbərliyinə açıq- aydın göstərmişəm ki, filialın müdüri Nicat Məmmədov qərəzli və qeyri-obyektiv tələb və təzyiqlər göstərərək məni işdən çıxmağa məcbur etmişdi. Əmək məcəlləsinin 69 maddəsinin 7-ci bəndində mənə qarşı olunanlar qadağan olunduğu üçün, filial müdüri Nicat Məmmədovun mənə qarşı törətdiyi cinayəti ört-basdir etmək istəyib.  Belə ki, “Mol Bulaq” BOKT MMC-nin baş ofisininin rəhbəri Eldar Cəfərov məni əmək məcəlləsinin 68.a bəndi ilə (yəni könüllü əmək müqaviləsini pozmaq) işdən azad olunmağıma dair  tapşırıq vermişdi. Bu, həmin Eldar Cəfərovdur ki, bir neçə il bundan qabaq “Kred Aqronun”rəhbəri işləyən  zaman dövlətin millionlarla pulunu mənimsəyib. Bununla bağlı məlumatı almaq istəsəniz Eldar Cəfərov kimdir? başlığı ilə “Gundəlik Bakı” saytında dərc edilən məqalə ilə tanış ola bilərsiniz.  Mən, bununla bağlı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiyəsi naziri Səlim Müslümova, Baş Prokuror Zakir Qaralov cənablarına və sizə poçtla müraciət etmişəm. Müraciətlərimdən sonra, mən “Mol Bulaq” BOKT MMC-nin baş ofisinə dəvət edildim. Mənə sərt şəkildə dedilər ki, bu  məzmunlu şikayətlərimi davam etdirsəm mənim üçün yaxşı olmayacaq. Filial müdüri Nicat Məmmədov etdiyi qanunsuzluqlara görə, ” Mol Bulaq”  BOKT MMC-nin rəhbəri Eldar Cəfərovun himayəsi ilə məsuliyyətə cəlb olunmayacağına əmin olduğu üçün Azərbaycan Respublikasının qanunları ilə yox, öz qanunu ilə işləyir.  Bir müddətdir ki,  işsizəm.Özüm də ailəliyəm. Ailəmi hansı gəlirlə təmin edəcəyimi bilmirəm.Ona görə də, xahiş edirəm ki,  “Mol Bulaq” BOKT MMC-nin Bərdə filialının mənə qarşı etdiyi qanunsuzlugunun qarşısını alasınız və mənə ödənilməli olan müavinətin verilməsini təmin edəsiniz”.

Azinforum.az olaraq edilən şikayətlə bağlı  barəsində şikayət edilən  ” Mol Bulaq”  BOKT MMC-nin filial müdiri  Nicat Məmmədovla əlaqə saxladıq. Nicat Məmmədov özündən razı halda bildirdi ki, yazılanlarla bağlı heç bir açıqlama vermək istəmir : “Mən danışsam olaram onların tayı. Gedin nə istəyirsiniz yazın”

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın