Ana səhifə / Aktual / Mixail Saakaşvili azərbaycanlılara müraciət edib

Mixail Saakaşvili azərbaycanlılara müraciət edib

Həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili azərbaycanlılara müraciət məktubu göndərib.

Gürcüstanın üçüncü prezidenti  sözügedən məktubu müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Rəfi Orucov vasitəsilə çatdırıb.

Eks-prezidentin müraciətində deyilir:

“Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.
Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm. Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heçkəs sizə haqsızlıq edə bilməyəcək. Sevgi və sayqılarla, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …