Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Misir Mərdanov nöqsanlardan danışdı

Misir Mərdanov nöqsanlardan danışdı

Noyabrın 21-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Nəşriyyat Şurasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda şuranın sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov nəşriyyat şurasının fəaliyyəti, qarşıda duran vəzifələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, son illərdə AMEA rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu sahədə irəliyə doğru müəyyən addımlar atılmışdır. Bu addımlardan biri də, AMEA-nın institutlarında işıq üzü görən jurnalların bugünkü vəziyyətinin araşdırılması, dünyada elmi jurnallara qoyulan tələbləri müəyyənləşdirib, ilkin müqayisəli təhlillərin aparılması və nəşrlərin müasir tələbləri ödəyən formaya düşməsi üçün səmərəli təkliflər hazırlanmasıdır.

Misir Mərdanov jurnallara baxış və məsul katiblərlə görüş zamanı çap olunmuş jurnalların yayılma mexanizminin məlum olmaması, məqalələrin rəyə göndərilməsində problemlərin olmasını, eyni bir şəxsin iki və daha çox jurnala baş redaktorluq etməsini, bəzi jurnallarda ayrı-ayrı alimlərin yubileylərinə geniş yer verilməsini, jurnalların ondan çoxunun məsul katibinin elmi dərəcəsinin olmamasını, 28 jurnalın rəsmi veb-saytının olmaması kimi nöqsanların aşkar edildiyini söyləyib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …