Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Misir Mərdanov: Yenidən nazir olmaq iddiam yoxdur

Misir Mərdanov: Yenidən nazir olmaq iddiam yoxdur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, professor Misir Mərdanov sosial şəbəkələrdə onun yenidən təhsil naziri təyin ediləcəyi ilə bağlı söz-söhbətə aydınlıq gətirib.
Azinforum.az xəbər verir ki, M.Mərdanov Ölkə.az-a açıqlamasında onu yenidən təhsil naziri görmək istəyənlərə təşəkkürünü çatdırıb: “Həmin insanlar çox sağ olsunlar, onlara təşəkkür edirəm. Ancaq mən 15 il nazir işləmişəm və kifayət edir. Digər tərəfdən isə bu məsələ cənab prezidentin səlahiyyətlərində olan məsələdir. Yeni təhsil naziri kim olacaqsa, Allah işini avand etsin. Yenidən nazir olmaq iddiam yoxdur”.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …