Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Mişel Obama yenə etik qaydaları pozdu

Mişel Obama yenə etik qaydaları pozdu

ABŞ-ın birinci ledisi Mişel Obama növbəti dəfə etika qaydalarına əməl etməyərək çətin vəziyyətə düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, birinci ledinin yapon imperatoru ilə çəkilən fotosu bunu bir daha sübut edib. Həmin foto internetdə geniş müzakirələrə yol açıb.
Mişel Obamanın salamlaşma zamanı yüngülcə əyilmək əvəzinə aralarındakı boy fərqini vurğulayacaq şəkildə imperatorun qarşısında əyilməsi, geyimi, xüsusən də ayaqqabıları imperatorla görüş üçün münasib olmayıb.
Bundan başqa, Yaponiyada monarxla əl ilə salamlaşma kimi yaxın təmas qəbuledilən hesab olunmur, sadəcə təzim etmək kifayət edir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın