Çərşənbə , Aprel 24 2024
Ana səhifə / MİRZƏ SAKİTƏ NARKOTİK GÖNDƏRDİYİ İDDİA EDİLƏN İCRA BAŞÇISININ KİMLİYİ BİLİNDİ

MİRZƏ SAKİTƏ NARKOTİK GÖNDƏRDİYİ İDDİA EDİLƏN İCRA BAŞÇISININ KİMLİYİ BİLİNDİ

Hakimiyyətə qarşı radikal mövqelərilə seçilən və bu səbəbdən Avropada siyasi mühacir statusu alan iki tanınmış jurnalist – Fikrət Hüseynli ilə Mirzə Sakit arasındakı qalmaqal pik həddə çatıb.

Bir vaxtlar aralarında yaxın dostluq münasibətəri olan  jurnalistlər hazırda bir-birinin ünvanına olmazın ittihamlarını səsləndirir.

Bu qarşılıqlı ittihamlarda diqqət çəkən mühüm bir məqamla bağlı Strateq.az  maraqlı araşdırma aparıb.

 

Məlumdur ki, jurnalist Fikrət Hüseynli Mirzə Sakitə ünvanladığı cavabda ikincinin hansı səbəbdən həbs edilməsinə toxunaraq, sensasion fikirlər səsləndirib.

Onun iddiasına görə, satirik hələ Azərbaycanda ikən pul üçün ən müxtəlif adamlara ağız açıb: “Hətta həbs olunan zaman cibində tapılan narkotik onun şantajlardan bezən icra başçılarının birinin göndərdiyi – adını bilirəm, etika xatirinə çəkmirəm – 100 dolların içində olub. Bunu həmin pulu Goranboydan Bakıya qədər gətirib çıxaran və Mirzəyə kafedə hesab verən, sonradan Rusiyaya gedən dostu da təsdiq edə bilər. Mirzə də restorandan çölə çıxanda həmin dostu onun cibinə 100 dolları qoyub. O da bilməyib ki, içində narkotik var. Nəticədə saxlanılanda cibindən narkotik çıxıb…”

Bu məsələdə xüsüsilə diqqət çəkən məqam Mirzə Sakitin həbsində heç bir siyasi sifarişin olmamasını hakimiyyətə qarşı ən radikal mövqe ilə seçilən insanın, yəni Fikrət Hüseynlinin etiraf etməsidir.

musamusayev-1

 

Maraqlıdır ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar Mirzə Sakitə qarşı irəli sürülən ittihamların qurama olduğu qənətinə gələrək, jurnalisti vicdan məhbusu elan etmişdi.

Fikrət Hüseynlinin iddialarından belə nəticə hasil olur ki, Mirzə Sakitə qarşı qurulan tələ siyasi hakimiyyətin iradəsi xaricində olub və həmin plan  hansısa məmurun “özfaliyyəti” nəticəsində həyata keçirilib.

Bəs, Mirzə Sakitə 100 dolların içində narkotik göndərdiyi iddia olunan icra başçısı kim olub?

 

Strateq.az-ın apardığı araşdırmadan məlum olub ki, bu məsələdə Naftalan rayonunun sabiq icra başçısı, eks millət vəkili Musa Musayevin adı çəkilir.

O da məlum olub ki, Mirzənin hansı səbəbdən həbs olunması ilə bağlı AXCP rəhbərliyi də məlumatlı olub və bu mövzu partiyanı dar kuluarlarında zaman-zaman müzakirə edilib.

Mənbəmizin bildirdiyinə görə, Musa Musayev həmin “hədiyyəni”  əslən Goranboy rayonundan olan Elçin adlı cəbhəçi vasitəsilə Mirzəyə göndərib. Məlum hadisədən sonra Elçin Azərbaycanı tərk edib. Onun hazırda Rusiyada yaşadığı bildirilir.

Qeyd edək ki, bu qalmaqalda səslənən fikirlər ölkənin hüquq-mühafizə orqanlarına və siyasi hakimiyyətinə Mirzə Sakitin siyasi sifariş əsasında  həbs olunmadığını sübut edən ciddi arqumentlər vermiş oldu. Çünki bu fikirləri söyləyən şəxsin hazırkı mövqeyi və  statusu bunun üçün tam əsas verir.

Strateq.az

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın