Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Aktual / Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub – Heydər Əliyev Fondu müalicə xərclərini üzərinə götürdü

Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub – Heydər Əliyev Fondu müalicə xərclərini üzərinə götürdü

Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin II çağırış deputatıolmuş Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə M.Mirəlioğlunun özü məlumat yayıb.

Bildirib ki, hazırda evdə müalicə olunur: “Ailə üzvlərim də koronavirusa yoluxub. Özünüzü qoruyun!”.

Məlumata görə, Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bu barədə danışan Mirəlioğlu faktı təsdiq edib.

O bildirib ki, TƏBİB tərəfindən xüsusi labaratoriya vasitəsilə evdə yenidən yoxlamalardan keçəcəklər.

Partiya sədri ona xəstəxanaya yerləşdirilməklə bağlı təklif olduğunu, lakin evdə qalaraq müalicə olunmağa üstünlük verdiyini əlavə edib.

Həmçinin oxuyun

“Gələn il Şuşa türk dünyasının mədəniyyət paytaxtı olacaq” – Ərdoğan

Qarabağ dünyanın ən gözəl yeri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala …