Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Aktual / Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət edib. 

Səfirlikdən verilən məlumatda bildirilir ki, Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildirilib ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb. Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.

Qeyd edək ki, erməni mediasının bu səfərlə bağlı yaratdığı səs-küyü ilk dəfə ictimailəşdirən və bundan narazıllq ifadə edən media orqanı biz olmuşuq. Çox təqdirələyiq haldır ki, səfirliyimiz bununla bağlı Rusiyanın əlaqədar qurumlarına sorğu etdi və onlar da rəsmi aydınlıq gətirdilər. Rusiyanın məsələyə bu cür reaksiyasını necə qiymətləndirmək olar?

Uzun müddət Rusiyadakı Azərbaycan diasporuna rəhbərlik etmiş Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər” ə bildirdi ki, bu cür məsələlərdə tələskənliyə yol vermək olmaz: “Ermənilərin məqsədi budur ki, bizim münasibətimizi bütün qonşularla korlasınlar. İranla bağlı məsələdə biz bunu görürük. Düzdür, İran da onların dəyirmanına yaxşıca su tökür. İndi də Rusiya ilə olan normal münasibətlərimizə xələl gətirməyə çalışırlar. “Artsax” adlı mifi ermənilır uydurub və özlərindın başqa kimsə buna inanmayıb. Bilirsiniz ki, hətta işğal zamanında belə qondarma qurumu heç bir ölkə tanımadı. Dünyadakı erməni diasporu buna çoxlu sayda cəhdlər etdi, ancaq mümkün olmadı. Hətta Ermənistanın özü belə keçmiş “Dağlıq Qarabağın” müstəqilliyini tanımadı. Qondarma qurum rəsmiləri o vaxt da xaricə Ermənistan pasportu ilə səfərlər edirdilər. Hansısa ölkəyə çatan kimi özlərini “prezident”, “nazir” kimi təqdim edirdilər. Məqsəd bu idi ki, qondarma qurumun mövcudluğunu gündəmdə saxlasınlar. 44 günlük müharibədən sonra Azərbaycanın öz gücünə yaratdığı reallıqlar, hətta həmin qurumun qondarma olmasını belə tarixə qovuşdurdu. İndiki halda isə separatçıların az sayda qalan tör-töküntüləri status məsələsini gündəmə gətirmək üçün belə üsullardan istifadə edirlər. Qarabağda yaşayan hansısa erməni turust səfərinə gedir, orda da özünü “nazir” kimi təqdim edirsə, bunun günahını Rusiyada axtarmaq lazım deyil. Rusiya rəsmi şəkildə aydınlıq gətirdi ki, bu yalandı, həmin adam Moskvada heç bir rəsmi görüş keçirməyib. Rusiyanın bu mövqeyini təqdir etməliyik. Artıq proses onların tam sıradan çıxmasına doğru gedir. Hazırda Dağlıq Qarabağ adlı ərazi vahidi belə yoxdur, o ki qala “Artsax” olsun. Erməni mediası bu dezinformasiyaları ona görə yayır ki, həmin mövzunu gündəmdə saxlasınlar, statusun zəruriliyinə diqqəti yönəltsinlər. Hesab edirəm ki, yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara elə Rusiya kimi cavab verilməlidir ki, onlar ifşa olunsunlar. Başqa ölkələr də bundan örnək götürməlidir”.

Məhəmmədəli QƏRİBL

Həmçinin oxuyun

Helikopter qəzasına görə məsuliyyət kimindir və kimlər cəzalanmalıdır? – Ekspertlər

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya …