Bu ölkə üçün ən çox işləyən, çalışan, əziyyət çəkən neftçilərdir.
Ölkə büdcəsinə daxıl olan vəsaitlərin böyük qisminin neftin hesabına
olduğunu bu gün kimsə inkar edə bilməz. Respublika ərazisində görülən
abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri,
qaçqın və məcburi köçkün ailələrinin həyat tərzının yaxşılaşdırılması
istiqamətində görülən işlər, habelə ordu quruculuğu sahəsində görülən və
sadalamadığımız bir sıra mühüm əhəmiyyətli işlərin neftdən gələn
gəlirlərin hesabına həyata keçirildıyini xüsusilə vurğulamamaq olmur.
Neft sahəsində işləyən insanların gecə gündüz, dayanmadan çalışması,
Azərbaycanda gələcək nəsillərin də həyat tərzinin yaxşılaşdırılması neft
sənayesi sayəsində artıq qarantiya altına alınıb. Ulu Öndər Heydər
Əliyev də, onun siyasi kursunu uğurla davam etdirən İlham Əliyev də
neft-qaz sənayesində çalışanların əməıyini daim yuksk qiymətləndirib.
Bəs görəsən hər kəsin həyat tərzinin yaxşılaşdırılması üçün dayanmadan
çalışan neftçilərin özlərinin həyat tərzi necədir?
Neft
sənayesi sahəsində,yuxarı dairələrdə oturanların özləri üçün qurduqları
komfort həyat tərzındən heç danışmağa dəyməz. Çünki dövrü mətbuatda,
sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində neft
sistemimizin başında duran vəzifəli şəxslərinin barəsində vaxtaşırı dərc
olunan məqalələrdə onların yaşayış tərzi haqqında təsəvvür yaratmamaq
mümkün deyil. Onu xüsusilə vurğulamaq istərdik ki, burada ən çox
qazananlar peşəkar, ixtisaslı neftçilər deyil, bu sahənin başında
oturanlarının uzaq, yaxın qohumları olan müxtəlif ixtisas sahibləri,
ayrı -ayrı sahələrdən neft sektoruna ayaq açanlardır. Amma bu gün
illərlə əziyyət çəkərək neft sahəsi üzrə təhsıl almış insanların öz
ixtisasları üzrə çalışa bilməmələri də bir acınacaqlı faktdır.
Mirkazım
Abasov uzun illərdir neft sahəsində çalışır. Peşəkar neftçidir və
müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin strukturuna daxıl olan”Neftqaztikinti” Trestinin direktoru
vəzifəsinə qədər yüksəlib. 2007 – 2010 cu illərdə sözügedən tresdə baş
mühəndis, müdir müavini vəzifələrində işləyib. Mirkazım Abasov 2010-cu
ildən isə trestin direktoru təyin edilib və bu günə qədər də sözügedən
vəzifədə çalışır,yəni on ilə yaxındır. Digər neft pulu talayanlar kimi
onun da barəsəndə dövrü mətbuatda, sosial şəbəkələrdə və elektron media
resurslarında kifayət qədər geniş məqalələr yayılıb. Bakı şəhərindəki
çoxsaylı mağazaları, Qusar rayonunda və paytaxtda qiyməti on milyonlarla
dəyərləndirilən mülkləri, restoranı olan Mirkazım Abasovun yəqin xarıcı
ölkələrdə də varıdatı olmamış deyil. Çünki bir neçə il öncə dövrü
mətbuatda Mirkazım Abasovun mülklərinin bir qismini sataraq xarıcə
köçürməyi planlaşdırması barədə məlumatlar yayılmışdı. Dəqiq deyə
bilmərik, Mirkazım Abasov həmin arzuları reallaşdırıb ya, yox. Burada
Mirkazım Abasovun rəhbərlik etdiyi quruma keçmək istərdik.
“Neftqaztikinti”
tresti dünyada ilk dəfə olaraq dənizdən neft
çıxaran”Azərdənizneftinşaat”ın və “Xəzərdənizneftqaztikinti” Trestinin
bazasında yaradılmış ixtisaslaşdırılmış bir qurumdur. Trestin tərkibinə
müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış
Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar
Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat
İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan
Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti,
Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və
Dağılmayan Müayinə Mərkəzləri daxildir. Hal-hazırda Trest Azərbaycan
Respublikasının bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft
Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və başqa
adalarda və onların ətrafında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən
ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq müxtəlif növ işləri
və xidmətləri yerinə yetirir. Sadaladıqlarımız idarələrin adlarından da
göründüyü kimi, ixtisaslaşmış trestin böyüklüyünü, onun görə biləcəyi
işlərdən təsəvvür etmək olar. Bunları qeyd etməkdə məqsəd də məhz elə
idarənin böyüklüyünü güstərmək istəyimizdir.Yəni idarə böyük, iş çox,
gəlir də nə qədər istəsən.
Trestdə
nə qədər insan çalışdığından məlumatımız yoxdu. Amma Trestin müdiri
Mirkazım Abasovun rəhbərlik etdiyi qurumda ayrıseçkilik edildiyindən,
mətbuatda yazılanlardan başqa, bizim də məlumatlarımız var.
Söylənilənlərə görə “Neftqaztikinti” trestində rəis kimi fəaliyyətə
başlayan Mirkazım Abasovun barəsində rəhbərlik etdiyi kollektivin sadə
fəhlələrinə qarşı etinasızlığına, aqressivliyinə görə dəfələrlə yuxarı
instansiyalara şikayətlər olunub. Əslində trestin sıravi işçiləri
müdiriyyətdən sən deyən artıq şey istəmirlər.Əsas tələb fəhlələr üçün
normal iş və məişət şəraitinin yaradılmasından ibarətdir.Lakin terstin
rəisi bu cür tələbləri yerinə yetirmək iqtidarında olmadığını öz
sayğısız yanaşmaları ilə təsdiq edib.. Bu idarələrdə çalışan fəhlələr də
öz işini bilən, əmək öhdəliklərinə məsuliyyətlə yanaşan sadə
insanlardır. Amma Mirkazım Abbasov sadə fəhlələrin sosial qayğılarını
göz ardı etsə də köməkçisi Mais Bədəlovun sosial problemlərin
yaranmasına imkan vermir. Məlumata görə fəhlə müdir münasibətlərinin
korlanmasında Mais Bədəlovun xüsuüi rolu var. Mais Bədəlov trestdə
müdirin inandığı yeganə insanlardan biridir ki, onun bir sözü iki olmur.
Müdirin,
yəni Mirkazım Abasovun ikinci yaxın adamı isə trestin insan resursları
şöbəsinin, yəni kadrlar şöbəsinin müdiri Sevinc Mollayevadır. Qeyd
edilir ki, Sevinc Mollayeva idarədə çoxdan işləyir. Hələ, hazırda
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüzeynovun bu idarəyə,
yəni “Xəzərdənizneftqaztikinti” Trestinə rəhbərlik etdiyi dövrlərdən
çalışır. Həmin dövrlərdə idarədə katibə kimi çalışan Sevinc Mollayeva
daha sonra idarənin kadrlar şöbəsinə mühəndis keçir və pillə -pillə
böyüməyə başlayır. Sevinc Mollayeva hazırki müdiri Mirkazım Abasovla da
uzun illərdir bir yerdə çalışırlar. İşlədiyi dövrlərdə bir neçə müdir
yola salan Sevinc Mollayeva məlumatlara görə hazırki rəisi Mirkazım
Abasovun işinə daha yarıyır, bir növ şefin idarədə görən gözü, eşidən
qulağı vəzifəsini də daşıyır. Elə bu kimi xidmətlərinə görə Mirkazım
Abasov bu yaxınlarıda şirkətin hesabına ona ev də verdirib. Halbuki,
uzun illər neft sahəsində fəhləlik edənlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün rəis tərəfindən bu gün də heç bir addım atılmır.
Məlumata görə İnsan Resursları şöbəsinin müdiri də sadə işçilərlə rəisi
Mirkazım Abasov kimi qaba davranır, fəhlələr barədə müdirə olmazın,
yalan məlumatlar verir,işə gəlməyən istədiyi şəxsin tabeldə gününü
yazır. Məlumatlarda “Neftqaztikinti” trestində rəis Mirkazım Abasovun
köməkçisi Mais Bədəlov və kadrlar şöbəsinin müdiri Sevinc Mollayeva
cütlüyünün hökmranlıq etdiyi bildirilir.
Məlumatlarda
trestin həmkarlar təşkilatının sədri Elşad Cəbrayılovun da Mirkazım
Abasovun yaxın adamlarından biri olduğu söylənilir. Elşad Cəbrayılov
trestdə həmkarlar komitəsinin sədri olmasına baxmayaraq fəhlələrin
deyil, müdiri Mirkazım Abasovun dediklərinə əməl edir. Onun bu günə
qədər hər hansı bir sadə neftçinin, fəhlənin sosial qayğılarının,
problemlərinin həll olunmasına hec bir köməyi dəymədiyi bildirilir.
Lakin bunun əksinə olaraq trestin işçiləri ölkə rəhbərliyinə dəfələrlə
müraciətlər edərək problemlərinin həllinə köməklik göstərməyi xahiş
ediblər. Sual oluna bilər. Axı əksəriyyəti məişət xarakteri daşıyan
fəhlə problemlərinin həll etmək o qədərmi çətindir? Əslində isə
Həmkarlar İttifaqı aztəminatlı neftçi ailələrinin sosial problemlərinin
həllinə çalışmalıdır. Axı həmkar, həmkarına kömək məqsədi ilə üzvlük
haqqı ödəyir. Bu üzvlük haqqlarının haralara xərcləndiyini Mirkazım
Abasovla Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Cahangir Əliyev daha yaxşı bilərlər.
Məlumatlara
görə bu gün “Neftqaztikinti” Trestində hökm sürən ab-hava heç də
ürəkaçan deyil. Bir mətbuat orqanı olaraq Aktualinfo.org bir sıra
məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyatı qurumlara sorğu
göndərib. Məsələn katibə olmuş Sevunc Mollayeva necə oldu ki,
“Neftqaztikinti” Trestində İnsan resursları şöbəsinin müdiri oldu?
Sorğunun nəticələrini gözləyirik. Bizi izləyin.
Aktualinfo.org
Həmçinin oxuyun
Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…
Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …