Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Aktual / Mir Cəlal küçəsindəki parkda Həvəskarlar arasında NƏRD yarışı keçirilib

Mir Cəlal küçəsindəki parkda Həvəskarlar arasında NƏRD yarışı keçirilib

Ahıllara və müharibə veteranlarına  dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin   təşkil edilib keçirilməsi davam edir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha qoca və ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən  Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və  Qarabağ müharibəsi veteranları iştirak etmişdilər. Nərd yarışı  Mir Cəlal küçəsindəki parkda təşkil edilmişdir.

Qeyd edək ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün parkda söhbətgahlar, skamyalar  qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır.

Sakinlərin asudə vaxtlarının rahat, maraqlı və səmərəli keçirilməsi, istirahət etmələri üçün hər cür şərait yaradılmış parkda  Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev Nərd yarışının iştirakçılarını  oyunun Əsasnaməsi ilə tanış etmiş və yarışa start vermişdir.

Veteranların iştirakı ilə 2 saat davam edən  yarışın qalibləri  Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomlarla  mükafatlandırılmışlar.

VIPedu.BIZ

Həmçinin oxuyun

Mübarizə qarşı çıxan nadan və cahillər – Millət vəkili

Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq …