Rusiyanın Xəzər donanmasının mütəxəssisləri iyulun 24-də təlim-məşq
uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29
təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcəklər.
Azvision.az
“RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya
Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev
bildirib. Onun sözlərinə görə, rusiyalı mütəxəssislər 2 gündən sonra
axtarış prosesinə qoşulacaq.
“Rusiya
Hərbi Dəniz Donanmasının Xəzər donanmasının təcili xilasetmə dəstəsinin
mütəxəssisləri Azərbaycanın qəzaya uğramış “MiQ-29” təyyarəsinin
axtarışları üzrə aparılan birgə tədbirlərdə iştirak etmək üçün
göndərilib”.
Axtarış
ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə
qədər olacaq. Axtarış tədbirlərinə “Anatoliy Qujvin” kiçik hidroqrafiya
gəmisi, “SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil “MMK-1-100”
kompleksi, habelə teleidarəetməli “Falkon” sualtı aparatı, “Super QNOM
Pro” teleidarəetməli sualtı baxış aparatı və “Tayger” pilotsuz sualtı
aparatı cəlb ediləcək.
Xatırladaq
ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı
təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə
qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu,
polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
Axtarış
prosesinə yerli mütəxəssislərlə yanaşı, Türkiyədən nümayəndə heyəti də
cəlb olunub. Hələlik axtarış işləri bir nəticə verməyib.
Həmçinin oxuyun
Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA
Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …