Ana səhifə / Aktual / Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi

Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi

Ötən gün  Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin “Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib. Virtualaz.org xəbər verir ki, yürüş barədə video sosial şəbəkələrdə yayılıb. Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər. Dağlıq Qarabağdakı separatçı rejimi “kadrların köhnə ola biləcəyini” bildirib.

Lakin kadrlardan aydın olur ki, yürüş ötən gün oktyabrın 16-da baş tutub. “Bu gün oktyabrın 16-da  Tərtər rayonunda bütün tələbələr və rayon əhalisi Qarabağa yürüş keçirdi. Qarabağın azad olunmasına görə hamımız səfərbər olunduq. Qarabağın azadlığı yolunda hər kəs canından keçməyə hazırdır. Əhali bir ucdan gəlir, Tərtər rayonunda əhali qalmayıb, hamısı buradadır…”,-yürüşü mobil telefonla videokameraya çəkən yerli sakin kadr arxasından bildirir.

Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Soçidə, “Valday” klubunun yığıncağında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına cavab verib. “Qarabağ Azərbaycandır, nida işarəsi!”,-İlham Əliyev bildirib.

Virtualaz.org

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …