Ana səhifə / Aktual / Mingəçevirdəki qəza və Rusiyadan operativ yardım

Mingəçevirdəki qəza və Rusiyadan operativ yardım

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya münasibət bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana yardımından danışıb.

“Azərbaycana elektrik enerjisi tədarükünün bərpa edilməsində Rusiyanın “İnter RAO” şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək istərdim. Azərbaycan mətbuatının məlumatlarına əsasən, şirkət özünü ən yaxşı tərəfdən göstərib və bunu, həmçinin Prezident İlham Əliyev də qeyd edib.

O, ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar göstərilən yardıma görə Rusiya və Gürcüstana minnətdarlığını bildirib”, – Zaxarova deyib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …