Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Milyarderin ledisi Tovuzdan deputat olmaq istəyir

Milyarderin ledisi Tovuzdan deputat olmaq istəyir

Putinin dostu professor İlham Rəhimov elə bil qarşısına məqsəd qoyub ki, mütləq deputat xanımın həyat yoldaşı  olmalıdır. Rəbiyyət Aslanova ilə qısa sürən evliliyinin müzakirələri ətalət qüvvəsi ilə hələ də davam etməkdə ikən,  indi  də milyarder  hüquq elmləri doktorunun başında başqa macəra var. İşgüzar lediyə çevirdiyi sevgilisi- müğənni Ruhi millət vəkili olmaq arzusundadır.

Bu əsnada RealMedia.az-a etibarlı mənbədən verilən məlumata görə, Ruhi  qarşıdan gələn  parlament seçkilərinə qatılacaq və Tovuz rayonunu təmsil edən xanım deputat Qənirə Paşayeva ilə rəqib olacaq. Müğənninin iki oğlunun atası olan Rəhimovun onu arzusuna qovuşdurmaq üçün bütün imkan və əlaqələrini işə salacağı şübhəsizdir. Məlumata görə, professor apreldə keçiriləcək prezident seçkilərindən sonra bu niyyətlərini gerçəkləşdirmək üçün hakimiyyətin yuxarı eşelonunda qərar tutan dostları ilə də müəyyən müzakirələr aparacaq. Onun Ruhini həm də xeyriyyəçi kimi cəmiyyətə təqdim etmək üçün,  Tovuzda müxtəlif xeyirxah işlər gerçəkləşləşdirəcəyi də gözlənilir.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …