Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Aktual / Milyarder Fərhad Əhmədov britaniyalı vəkilləri “yaxdı” – yaxtasını geri aldı – FOTOLAR

Milyarder Fərhad Əhmədov britaniyalı vəkilləri “yaxdı” – yaxtasını geri aldı – FOTOLAR

Dubayda bir ildən çoxdur davam edən mübarizədə qalib gələn iş adamı ….

Ötən həftə Dubay əmirliyinin ali apellyasiya məhkəməsi azərbaycanlı milyarder, keçmiş Rusiya senatoru Fərhad Əhmədovun təxminən yarım milyard dollarlıq aktivi uğrunda bir ildən çoxdur davam edən üzücü çəkişməyə nöqtə qoyub. Yüksək məhkəmənin çıxardığı hökmə əsasən biznesmenin ailə fondunun aktivində olan “Luna” superyaxtası üzərində Dubayın ingilis yuridiksiyası altında olan DİFC məhkəməsinin qoyduğu, daha sonra şəriət məhkəməsinin təsdiqlədiyi həbs qərarı hüquqi baxımdan düzgün deyil. Məhkəmə yaxta üzərində həbs qərarını ləğv edib və onun bir ildən çoxdur saxlanıldığı Dubay limanını tərk etməsinə icazə verilib.

Xatırladaq ki, “Luna” yaxtası üzərində həbs qərarı London məhkəməsinin F.Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovanın qaldırdığı boşanma iddiası əsasında çıxardığı qərar əsasında həbs qoyulmuşdu.



Bu “boşanma” işi barədə beynəlxalq mətbuat və o cümlədən Azərbaycan mətbuatı çox yazıb. Məsələnin qısa məğzi belədir ki, F.Əhmədov ona gənc sevgilisi ilə xəyanət edən keçmiş arvadı ilə hələ 2000-ci illərin əvvəllərində Rusiyada, bu ölkənin qanunları əsasında boşanıb. (Onların hər ikisi Rusiya vətəndaşlığı daşıyır). Və biznesmen boşanmadan sonra keçmiş arvadının Londonda kraliçalarsayağı həyat tərzi keçirməsini təmin edib. Lakin F.Əhmədov həmin rəsmi boşanmadan təxminən 10 il sonra Rusiyada sahibi olduğu “Nortgaz” şirkətini “Gazprom”a 1.2 milyard dollara satanda T.Əhmədova qərara alır ki, bu sərvətin yarısını ələ keçirsin. Bu məqsədlə o, özünə bahalı vəkillər ordusu tutaraq London Yüksək Məhkəməsində boşanma iddiası qaldırıb.

Əlbətdə, Qərbdə rusiyalı oliqarxlara qarşı total təqiblərin başladığı bir vaxtda London məhkəməsi bu siyasi boşanma işində məhz Tatyananın tərəfini tutmalıydı və belə də oldu. Lakin biznesmen qəti şəkildə bildirdi ki, həmin hökmü qanunsuz hesab edir, tanımır və keçmiş arvadına bu hökm əsasında bir sent də ödəməyəcək. Nəticədə hakim Çarlz Heddon-Keyv F.Əhmədovun aktivlərinin ələ keçirilməsi prosesini başlatdı. Texniki baxış üçün Dubayın “Port Rəşid” limanına yan alan “Luna” yaxtası isə Əhmədovun aktivləri uğrunda Tatyananın vəkillərinin başlatdığı böyük ovda tora düşən əsl qızıl balıq idi. Çünki bu yaxtanın dəyəri o zaman üçün az qala 600 milyon dollara çatırdı və deməli onu ələ keçirməklə Tatyanın vəkilləri “sərvətin yarıya bölünməsi” işini həll etmiş olacaqdılar. Yaxta üzərində həbs orderini isə London məhkəməsinin hökmü əsasında Dubayın Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsi (DİFC-ingilis hüququ əsasında qərarlar çıxarır) vermişdi.

Beləliklə, “Luna” uğrunda gərgin məhkəmə çəkişməsi başladı. Məsələyə baxılması Tatyananın iddiası əsasında Dubayın şəriət məhkəməsinə keçdi. Bu, xüsusilə maraqlı məqam idi. Çünki ərinə xəyanət edən arvadın şəriət məhkəməsinə müraciət etməsi faktının özü müsəlman dünyası ənənələrinə görə absurd görünürdü.

Fərdah Əhmədov oğlu Teymur Əhmədovla birgə “Luna”da 

Bununla belə şəriət məhkəməsi bir neçə raunddan sonra yaxtaya həbs qoyulması qərarını haqlı saydı. Dərhal Tatyananın vəkilləri ədalətin zəfər çalmaq üzrə olduğu barədə bəyanatlar verdilər, “Luna”nın F.Əhmədovun ailə investisiya fondunun əlindən alınmasını “demək olar həll edilmiş məsələ” adlandırdılar.

Amma mübahisə davam edirdi və qarşı tərəf apelyyasiya verdi. F.Əhmədov xarici KİV-lərə açıqlamasında deyirdi ki, “Luna” Dubayın yandırıcı günəşi altında qalıb dəyərini itirsə də o, əmlakı uğrunda hüquqi mübarizəni axıradək aparacaq.

Nəhayət ötən həftə yüksək məhkəmə bu mübahisəyə nöqtə qoyub və indi F.Əhmədov yenidən yaxtasına qayıda bilər. Habelə yüksək məhkəmənin hökmünə əsasən prosesi uduzan Tatyana Əhmədova F.Əhmədovun və onun ailə investisiya fondunun bütün məhkəmə xərclərini də ödəməlidir. Başqa sözlə, Tatyana təxminən yarım milyard dollarlıq aktivi ələ keçirməyə çalışarkən ziyana düşmüş olur və görünür bir neçə milyon dollar da ödəməli olacaq.

“Əhmədov məhkəmənin onun ailə trastının xeyrinə çıxardığı hökmdən məmnundur, amma təəcüblənmir”-rusiyalı oliqarxın nümayəndəsi beynəlxalq KİV-lərə qərarla bağlı bildirib. O deyib ki, Əhmədovun keçmiş arvadının onun aktivlərini ələ keçirmək cəhdləri “London Yüksək Məhkəməsinin ilkin qərarı kimi yanlış idi”.

Tatyana Əhmədova vəkillər ordusu ilə məhkəmə qapılarında 

Tatyananın maraqlarını Londondan “Burford Capital” şirkəti qoruyurdu və bu şirkət aktivin ələ keçirilməsi halında sanballı faiz almalıydı. Amma şirkətin Tatyanaya qoyduğu “yatırım” batmış olur.

F.Əhmədovun hüquqşünasları şübhə etmirlər ki, London məhkəməsinin əsassız və ədalətsiz hökmü əsasında Tatyananın bundan sonra qaldıracağı başqa iddialar da istənilən yuridikasiyada fiaskoya uğrayacaq.

“İngilislərin rusiyalı oliqarxın əmlakını faktiki qəsb etmək cəhdinin uğursuzluğa düçar olması Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə dair prokuror Müllerin təhqiqatının uğursuzluğa düçar olmasını xatırladır”-biznesmenin nümayəndəsi bildirib.

Beləliklə, “Luna” yaxtasında yenidən Azərbaycanın bayrağı dalğalanacaq, Tatyana və onun britaniyalı vəkillər ordusu isə bu əmlaka uzaqdan baxmalı olacaqlar…

Həmçinin oxuyun

Dilçilik İnstitutundakı qalmaqal haqda açıqlama: – “İdris Abbasovun dedikləri həqiqəti əks etdirmir”

15 apreldə Hurriyyet.org saytında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris …