Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Milli Şura korrupsioner Cahangir Hacıyevin müdafiəsinə qalxır

Milli Şura korrupsioner Cahangir Hacıyevin müdafiəsinə qalxır

Bəxtiyar Sadıqov: “Hesab edirlər ki, onun kifayət qədər vəsaitləri var, müdafiə edək və bəhrələnək”

Azərbaycan müxalifətinin vaxtilə hakimiyyətdə təmsil olunmuş və sonradan “vurulmuş” yüksək vəzifəli, pullu məmurlardan istifadə etmək cəhdləri hər zaman olub. Demokratik düşərgə bəzi vaxtlarda hətta ümidlərini şəxslərin üzərində cəmləyirlər.

Maraqlıdır ki, müxalif camiə elə şəxslərə qarmaq atır ki, həmin şəxslər yüksək postlar tutarkən bu düşərgəni ən sərt şəkildə aşağılayıblar, eyni zamanda demokratik düşərgə də həmin şəxsləri korrupsiya və digər cinayət əməllərində ittiham edib. Həmin an heç kəsin ağlına gəlməzdi ki, nə vaxtsa bunların ulduzları barışar…

Son olaraq müxalifətin hazırda həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevi öz tərəflərinə çəkmək üçün ciddi səylə çalışdığı açıq şəkildə görünür. Sabiq bankirin də burada həvəsli olduğu görünür.

Bu prosesdə Milli Şura bir addım öndə görünür. Qurumun funksioneri Oqtay Gülalıyevin sabiq bankirlə bağlı yazdığı son status bir çox mətləblərdən xəbər verir. Guya hüquq müdafiəçisi kimi məsələyə yanaşdığını göstərməyə çalışan O.Gülalıyev bir həftədir “kars”a salındığı deyilən sabiq bankirə hər kəsi dəstək olmağa çağırır. Hətta pafoslu şəkildə C.Hacıyevə olan münasibəti alman faşistlərinin 1941-45-ci illərdə əsirlərə göstərdiyi münasibətlə müqayisə edir. Daha da irəli gedərək, sabiq bankirin oğurladığı yüksək məbləğdə vəsaitləri də onun üzərindən götürüb, iqtidarın üzərinə yükləməyə çalışır. Hakimiyyəti vaxtilə hakim komandada təmsil olunmuş C.Hacıyevə münasibətdə etibarsızlıqda ittiham edir. Sonda isə hüquq müdafiəçisi ənənəvi fürsətlərdən birindən faydalanmağa çalışaraq, hər kəsi Milli Şuranın mitinqinə dəvət edir, mitinqdə C.Hacıyevin də ətrafını görmək istədikləri mesajını verir…

Картинки по запросу “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə bir halın müxalifətdə olmasını təəssüf hissi ilə qarşılayır: “Azərbaycanlıların çox yaxşı bir atalar sözü var. Deyirlər ki, daş armud bala döndü. O insanlar ki, iqtidarda olublar, müxtəlif vəzifələr tutublar – istər Cahangir Hacıyev, istərsə də digərləri – bunlardan istifadə etməyə cəhdlər müxalifətin nə günə düşdüyünü göstərir. Hazırda xaricdə olan, Azərbaycana qayıdıb guya burada prezident seçkilərində iştirak etmək istəyən Rəsul Quliyevin özünü də bura aid etmək olar. Müxalifət vaxtilə bunlara qarşı mətbu orqanlarında var gücləri ilə mübarizə aparıb, onları müxtəlif əməllərdə ittiham ediblər. Amma sonradan o insanların əməlləri iqtidarın özü tərəfindən üzə çıxarıldı, buna hüquqi qiymət verildi, istintaq aparıldı, konkret cinayət əməlləri sübut olunandan sonra onlar müxalifət üçün şirin oldular. Nəticədə müxalifətin ”müdafiəsinə” möhtac qaldılar. Sanki bir zamanlar bunların onları necə ittiham etdiklərini unutdular. Əvvəla, bunu müxalifətin riyakarlığı kimi qiymətləndirirəm. Müxalifət o qədər gücsüz olub ki, iqtidarın fəaliyyətində tənqidi nələrsə tapa bilməyəndə iqtidar tərəfindən ifşa olunmuş bu tipli şəxslərin müdafiəsinə qalxırlar. Onlarla bağlı olan və ya olmayan məsələləri iqtidarın əleyhinə çevirməyə çalışırlar. Siyasi mübarizədə müxtəlif üsullar var. Bəzən şər-böhtan atırlar ki, bunları müəyyən mənada başa düşmək olur. Əllərinə tutarlı fakt keçməyəndə müxalifət bu cür metodlardan daim istifadə edir. “Vurulmuş” kartları gündəmə gətirib, bunlarla iqtidarı vurmaq niyyəti baş tutan məsələ deyil. Bu ancaq gülüş doğurur. Çünki hamının yaddaşı var. İnsanların çoxu həmin dövrdə yaşayıb, o insanları da yaxşı tanıyırlar, onların əməllərini də yaxşı bilirlər. Müxalifətin bu şəxslərə qarşı olan köhnə münasibətlərini də unutmayıblar. Bütün bunlar müxalifəti hörmətdən salan addımdır”.

Deputat müxalifətin gələcəkdə də bu tipli metodlarla uğur qazanmayacağına əmindir: “Müxalifət heç bir bəhrə görə bilməz. Çünki insanlara hər şey bəllidir. Bu şəxsləri iqtidarın özü cəzalandırırsa, demək, onlar iqtidara da sədaqətlə qulluq etməyiblər. Müxalifətin də zamanında bu şəxslərə qarşı olan münasibətləri, ittihamları, hədyanları ortadadır. Təzədən bu şəxslərə ümid etməklə nəsə əldə etmək mümkün deyil. Bir daha deyirəm ki, onlar ”vurulmuş” kartlardır. Müxalifətin acizliyidir ki, ayrı heç nə tapa bilmirlər, xalqın gözündən düşüblər, xalqın cinayətkar kimi tanıdığı şəxslərdən istifadə etməyə çalışırlar. Müxalifət onların maliyyə imkanlarından bəhrələnmək istəyir, bu halı istisna etmirəm. Hesab edirlər ki, bu şəxslər korrupsiya, rüşvətxorluqda ittiham olunublarsa, onların kifayət qədər vəsaitləri var, bunları müdafiə edək və bəhrələnək”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …