Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Milli Qəhrəmanlar İlham Əliyevi dəstəklədi

Milli Qəhrəmanlar İlham Əliyevi dəstəklədi

Seçki prosesi ilə bağlı son xəbərlər; prezidentliyə namizədliyini verənlərin imza toplamaq üçün iki həftəsi qaldı

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisinə hazırlıqlar davam edir. Artıq prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb. Hazırda əksər iddiaçılar prosesin imzatoplama mərhələsindədirlər.

Onların bəziləri bir həftədən artıqdır imzatoplama kampaniyasına başlasalar da, çoxları cəmi iki gündür prosesə start veriblər. Məsələn, VİP-in namizədi Əli Əliyevin imzatoplama kampaniyası fevralın 25-dən başlayıb. Bu barədə “Yeni Müsavat”a açıqlamasında Əli Əliyev bildirdi ki, fevralın 25-də saat 12-də imza vərəqələri mərkəzi qərargaha gətirilib, saat 18.00-a qədər vərəqələrin yarısından çoxu yerlərə göndərilib. Fevralın 26-da isə bir qismi yerlərə göndərilib: “Son müddətin martın 12-si olduğunu nəzərə alsaq, zaman əlbəttə ki, məhduddur. Bununla belə, fikrimcə, çatdıracağıq. Çətin də olsa, bunu etməliyik. Hər halda, rayon və dairə təşkilat rəhbərləri öhdəlik götürüblər. Çatdırmalıyıq. Mart ayının 5-6-sına qədər vərəqlər mərkəzi qərargaha qayıtmalıdır”.

Əli Əliyev ile ilgili görsel sonucu

Əli Əliyev qeyd etdi ki, imza toplama üçün əməkdaşlıq münasibətlərində olduqları siyasi təşkilatlara kömək üçün müraciət etməyib: “Özümüz imzalar toplamağı düşünürük. Öhdəsindən gələcəyik. Partiyadan kənar dostlarımız da köməklərini təklif ediblər. Çətinliyimiz olmamalıdır. Müşkülümüz çıxarsa, yaxınlardan dəstək istəməyi də eyib bilmirik. İnşallah, martın ilk günlərində ilkin mənzərə yaranacaq”.

Namizədlər sırasında seçkiyə ən gec qatılan isə ADP sədri Sərdar Cəlaloğludur. Bu səbəbdən onun da namizədliyi üçün tələb olunan imzaların toplanması işinə cəmi iki gündür start verilib. ADP Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, imzatoplama kampaniyasına böyük maraq müşahidə olunur. Partiyanın üzv və tərəfdarları, ADP-yə simpatiyası olan ziyalılar bu kampaniyada iştirak etmək üçün müraciət edirlər. İmzatoplama kampaniyasında həmçinin ADP ilə ənənəvi əməkdaşlıq edən partiyalar da iştirak edəcək.

Razi Nurullayev ile ilgili görsel sonucu

“Cəbhəçilər”  Təşəbbüs qrupunun namizədi Razi Nurullayevin imzatoplama kampaniyası isə bir həftədir davam edir. Seçki qərargahının rəhbəri Rafiq Daşdəmirli məlumat verib ki, bəzi bölgələrdə müdaxilələr və maneələr olsa da, kampaniya uğurla davam edir: “İmzatoplama kampaniyası 80 seçki dairəsini  əhatə edir. Seçki Məcəlləsinə əsasən, 60 dairədən minimum 50 imza olmaq şərti ilə keçirilməli olan imzatoplama kampaniyası uğurla davam edir. Çalışırıq ki, daha çox seçki  dairəsini  əhatə edək. Ona görə də 80 dairə əhatəsindən imzatoplama kampaniyamız davam edir. Yaxın günlər ərzində kampaniyanı yekunlaşdırmağı planlaşdırırıq. Əsasən əyalətlər üzrə  imza vərəqələrimiz qalır. Nümayəndələrimiz həmin imza vərəqələrini Razi Nurullayevin seçki qərargahına çatdırmalıdır ki, kampaniyanı yekunlaşdıraq. Bu da yaxın zamanda baş tutacaq. Bəzi bölgələrdə müdaxilələr və maneələr olsa da, kampaniya uğurla davam edir. Yaxın günlərdə 45 min imzanı yekunlaşdırıb MSK-ya təqdim edəcəyik. Ümidvaram ki, imzatoplama kampaniyası uğurla başa çatacaq və biz  növbəti mərhələyə qədəm qoyacağıq”.

Maşallah Abdullayev ile ilgili görsel sonucu

Növbədənkənar seçkiyə Azərbaycanın milli qəhrəmanları da münasibət bildirib. Modern.az-a açıqlamasında Milli Qəhrəman Maşallah Abdullayev deyib ki, aprelin 11-də keçiriləcək seçkilərin keçrilməsinin tərəfdarıdır və seçkidə İlham Əliyevi dəstəkləyir: “Yaşadığım  Goranboy rayonunun 110 min əhalisi var. Əminəm ki, bütün goranboylular İlham Əliyevə səs verəcəklər. Goranboyda müxalifət yoxdur. Biz İlham Əliyevdən başqa alternativ görmürük. Bizim Qarabağ kimi böyük problemimiz var. Onu da İlham Əliyev yoluna qoya bilər. Milli Qəhrəman kimi deyə bilərəm ki, qanı qanla yumağa hazırıq. Biz o hadisələrin içində olmuş adamlarıq. Ona görə də Qarabağ boyda problemi olan ölkənin müxalifəti əks qütbdə dayanmamalıdır. Şükürlər olsun ki, bu məsələnin həll olunmasına doğru iş gedir”.

Milli Qəhrəman Məhəmməd Həsənov isə milli qəhrəmanların bir araya gəlməsindən danışıb: “Xalqımız 11 apreldə baş tutacaq seçkiləri çox yüksək dəyərləndirir. Bu günlərdə milli qəhrəmanlar bir araya toplaşdı. Hamımız bir yerdə bəyanat verdik. Həmişə bir yerdə olmuşuq. Bundan sonra da olacağıq. Hətta martda yenə bir araya gəlib növbəti bəyanat verəcəyik. Tək əldən səs çıxmaz. Ona görə də bizim bir araya gəlməyimiz yaxşı təşəbbüsdür. Seçki öncəsi də bir yerdə olmağımız çox yaxşı haldır”.

Milli Qəhrəman Məhəmməd Həsənov ile ilgili görsel sonucu

Milli Qəhrəman Vahid Quliyevin isə seçkilərdən sonra gözləntiləri böyükdür: “11 apreldə keçiriləcək seçkilərdən Milli Qəhrəman olaraq gözləntilərimiz böyükdür. Ona görə ki, bizim ən böyük problemimiz Qarabağdır. Qarabağı biz təkbaşına da azad edə bilərik. Sadəcə, Ermənistanın arxasında Rusiya dayanıb, işğalçı dövlətə yardımlar edir. Seçkilərin apreldə keçirilməsi daha məqsədəuyğundur. Ümid edirik ki, hər şey xalqımızın və dövlətimizin xeyrinə olacaq”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …