Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / MİLLİ QƏHRƏMAN RİYAD ƏHMƏDOVUN SİRRİ

MİLLİ QƏHRƏMAN RİYAD ƏHMƏDOVUN SİRRİ

Azinforum.az Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist Cəlaləddin Qasımovun əfsanəvi milli qəhrəman Riyad Əliyevə həsr etdiyi ssenarini eksklüziv olaraq təqdim edir. Qeyd edək ki, məllif bu ssenarini film çəkilişi üçün ərsəyə gətirib.

SSENARİ

Ermənilər 1992-ci ildə Goranboyun Qaraçinar kəndində yerləşən yüksəkliklərdən Şəfəq kəndinin mülki camaatına divan tuturdu. Qadın, kişi, yaşlı, azyaşlı demədən, hər kəsə atəş açırdılar. Snayperlə məktəbdən çıxan uşaqları vururdular, buna görə də kənd sakinləri öz övladlarını məktəbə göndərməkdən çəkinirdilər. Bir sözlə, kəndin rahatlığı, gün-güzəranı pozulmuşdu. Qaraçinar kəndindəki Ağdağ yüksəkliyindəki erməni postundan erməni snayperçiləri durbinlə Şəfəq kəndini nəzarətdə saxlayırdılar.
İkisi qadındır. Biri atəş açır:

– “Yess!” Bir türkü də Yer üzündən sildik.

O biri snayperçi isə durbinlə qadının vurduğu yeri axtarıb tapır:

-Bu da yaşlıdır ki..!

-Görmürsən, kənd boşdur. Bayaqdan axtarırıq, qarşımıza qocalardan başqa heç kim çıxmır.

-Boş deyil, hamısı gizlənib. Həyətlərdə toyuq-cücələr var.
Onların söhbətini yuxarı qalxan komandir kəsir:

-Deyəsən bu gün heç kimi vurmamısınız. Noldu, sizə göz dəydi?

-Yox, komandir, bu gün beş nəfəri vurmuşuq, beşi də ölüb.

-Nə beş nəfər?! Yalan danışmayın! Bəs onda bu türklər bizim postlara niyə cavab atəşi açmayıblar?

-Komandir, türklərin gülləsi qurtarıb. Onlar cavab atəşi açsalar da, biz yüksəklikdəyik, onlar ancaq səngərə atəş aça bilərlər.

-Türkün gülləsi qurtarmaz. Bizim snayperçilərin hər atəşindan sonra türklər bizim səngərlərdən bir neçə əsgəri öldürməsə ya da yaralamasa, dincəlməzlər – məgər bilmirsizmi!? Onların susması, bizə cavab atəşi açmaması məni qorxudur. Vurduğunuz kimlərdir?

-Dörd yaşlı, bir də balaca uşaq.

-Deməli, əsgər vurmamısınız… Bilirsiz, mən xaricdən gələn snayperçiləri qovdum getdi.
Onlar qocaya, cavana güllə atmırdılar, deyəsən siz də əsgərlərə güllə atmırsınız.
Kənd bomboşdur. Bir nəfər də əsgər görünmür. Onlar təcrübəlidirlər, gizlənə bilirlər. İki ay öncə Qarik iki məktəblini vurdu, ondan sonra məktəbi bağladılar.
O əlindəki binoklla Şəfəqi müşahidə edir:
-Qarik bizim ən yaxşı snayperçimiziydi, həmin iki azyaşlı uşağı öldürəndən sonra əlinə silah almır. Dediyinə görə, hər gün o axırıncı vurduğu türk uşağını yuxusunda görür.
Onun əlində binokl vardı, Şəfəqi izləməyə davam edirdi.
-Türklərin cavab verməməsi, bu səssizlik məni çox qorxudur, onların nəsə planı var, deyir.
Qorxu canını sarmışdı. O, Şəfəq kəndini ev-ev, həyət-həyət müşahidə edirdi. Snayperçilərin vura bilmədiyi bir yerdə KAMAZların olduğunu görür:
-Əsgərləri gətiriblər. Hazır olun! Hücum planı var.
O saatına baxıb, əqrəblərin düz “5”i göstərdiyini görür.
Elə bu vaxt, qəfildən, hər tərəfdən Azərbaycan əsgərləri atəşə baslayır.
Azərbaycan tərəfi..!

***

Milli Ordunun əsgərləri özünümüdaifə dəstəsinin komandirləri iclas keçirir
Bu məsələyə çarə tapmaq üçün baş sındırırlar. Hər kəs öz fikrini deyir. Milli Ordunun komandirləri arasında belə bir dialoq yaşanır: “Erməni snayperləri mülki camaatı nişan alır və bu,  artıq ciddi hal alıb, hucuma kecməliyik, kənd camaatı evlərindən çölə çıxa bilmir, itkilərimiz çoxdur, biz gözləməli deyilik”.

Goranboy polisi Əliyev Riyad Əhmədova deyir:

– Əhmədov, sən keçmiş Əfqanıstan döyüşçülərini başına toplayıb, xüsusi təyinatlı dəstə yaratmısan. Milli Təhlükəsizlik Nazirliyində əks-kəşfiyyatçı kimi fəaliyyətə başladığın gündən bəri Ağdamda, Şuşada, Əsgəranda, Şəfəqdə sizin ard-arda gələn hünərvər işlərinizə şahid olduq. Siz düşmənin çoxlu sayda ağır texnikasını sıradan çıxarmısınız. Biz ilk növbədə səni dinləmək, sənin fikirlərini öyrənmək istəyirik. Mən əminəm ki, sənin illa da bir planın var. Buyur, səni dinləyirik.
Riyad:
-Təşəkkür edirəm! Diqqətinizə ərz edim ki, mənim bir həssas təklifim var. Təklif edirəm ki, sabah erməni snayperlərinin atəşindən sonra onlara ənənəvi cavab atəşi açılmasın. Saat 5-də biz Göybulaq postundan başqa bütün istiqamətlərdə düşmən postuna eyni vaxtda atəşə başlayacağıq.

Əlindəki ağacla yerdə erməni postlarının, erməni mövqelərinin şəklini çəkən Riyad sözünə davam edir:

-Baxın, bizim 12 nəfərlik xüsusi təyinatlı dəstə beş dəqiqəlik atışmadan sonra hücuma keçəcək. Göybulaq postunna, ermənilərin bütün postlarına atəş açılarsa, eyni anda Göybulaqdakı postdakıların hamısından əsgərlərin çoxu atəş açılan yerə köməyə gedəcək. Bizim üçün ən təhlükəlisi Ağdağda çox dəqiq işləyən erməni snayperləridir. Onların diqqəti bizim postlarda atəş açılan istiqamətə yönələcək. Biz hücuma keçəcəyik. Bizdən 40 metr irəlidə Ağdağdakı yüksəklikdən erməni snayperləri bizi vura bilməyəcək. Çünki 40 metrdən sonra onların qarşısını çinar agacları kəsəcək.
Bizdən erməni postuna 150 metrlik bir məsafə var. Biz Göybulaqda postu alanda, üç nəfərimiz erməni səngərlərinin sağ tərəfindəkilərə atəş açacaq. Üç nəfər sol tərəfindəkiləri, iki nəfər əlavə köməyə gələnlərin qarşısını alacaq. İki nəfər də Ağdağ yüksəkliyindəki snayperləri daim atəşə tutacaq. Göybulaqda erməni postundan oranı vurmaq asandır. Vura bilməsək də, ən azından işləməyə qoymayacağıq. Onların güllədən qorunması üçün gizlənməyə yerləri yoxdur. Beləliklə, düşmənə məhz öz səngərindən zərbə endirsən, erməni snayperçilərini işləməyə qoymasan, ordumuz az itki verərək asanlıqla erməni postlarını, səngərini ala bilər.
Milli ordunun komandiri Riyada:
-Sizin dəstənizin bütün üzvlərimi hücumda iştirak edəcək? Sən deyərkən mən sayırdım, səkkiz nəfər vardı, dördünü saymadın…
Riyad:
-Bəli, dörd nəfəri saymadım… Ona görə saymadım ki… o dörd nəfər şəhid olacaq… bu, demək olar, qaçılmazdır. O dörd nəfər Göybulaq postuna qədər gedib çıxa bilməyəcək bəlkə, Göybulaqdakı postdakıların çoxu atəş olan tərəfə kömək etməyə gedəcək. Postda erməni əsgəri az olsa, şəhid vermə ehtimalı azdır. On ikimiz də erməni postunda onların mövqelərini atəşə tutacağıq”.
Riyad Əhmədov əlindəki çubuqla yerdə erməni postlarının xəritəsini çəkir.
Özünü müdafiə bölməsinin komandiri:
-Deməli, hücum saat 5-də olacaq… Yaxşıdır..! Onda erməni zabitlərinin çoxunun istirahət vaxtıdır. Bəs əlavə qüvvənin köməyə gəlmək vaxtını da hesablamısanmı? Onlar gəlsə, biz erməni postlarına yaxın düşə bilməyəcəyik. Cəbhənin bu istiqamətində xeyli sayda əsgər toplayıblar.
Riyad:
-Mən bir neçə dəfə atəşin başlamağının vaxtını qeyd elədim. Erməni dəstələri həyəcan siqanlı ilə öz postlarına 20 ya da 25 dəqiqəyə gəldilər. Həmin hesablamama görə, biz Göybulağı on beş dəqiqədən sonra alacağıq.
Goranboyun polisi Əliyev
-Ən təhlükəlisi Ağdağ yüksəkliyindəki erməni snayperləridir. Onların gözündən heç nə qaçmır.
Siz onları susdura bilsəniz, biz çox az itki ilə düşmən postlarını ələ keçirərik. Bu da Qaraçinar kəndini almaq deməkdir. Mən o dediyiniz yerləri qarış-qarış tanıyıram. Hətta ən uğurlu döyüş planını da düşünmüsən.
Komandir:
-Göybulaqdakı postu almaq Qaraçinarı almaq deməkdir. Bu halda ermənilər üç saat bizim qarşımızda dura bilməyəcəklər.  Göstəriş verin, saat 5-də hər kəs hücuma hazır olsun!..
– Saat 5-də Riyadın döyüş planı üzrə hücuma keçəcəyik. Hamı öz dəstəsi ilə hazır olsun!

***

Saat 5. Ağır döyüş başlayır…

Riyad Əhmədov düşmənlə üzbəüz səngərdən ağır zərbələr endirirdi. Və birdən o, on iki dostuyla düşmənin üstünə şığıyır. Onu görüb sağ cinahdan Milli Ordumuzun əsgərləri, sol tərəfdən də könüllülər hücuma keçir. Düşmənin bir çoxu səngərdə qırılır, qalanları qaçır… Riyadın dəstəsindən bir neçə nəfər yaralanır. Riyad özü başından və qolundan xəsarət alır… ancaq dayanmaq bilmir, erməni səngərinə, Göybulağa doğru irəliləyir, irəliləyir və səngəri alır..!

İki erməni əsgəri əsir düşür, biri də yaralanır. Milli Ordunun əsgərləri erməni səngərlərini hər tərəfdən tutur. Səngərdən qaçıb kəndə doğru gedən ermənilər ağır itki verərək, gizlənirlər. Bir neçə saat atışma gedir, düşmən məğlubiyyəti anlayıb, komandirimizlə danışığa gəlmək istəyir.
Ordumuzun komandiri cavab verir. Erməni komandir:
-Danışan Qaraçinar kəndinin komandiridir. Biz kənddən çıxırıq, kəndi sizə veririk. Bizə beş saat vaxt verin, yaralıları, ölüləri, mülki camaatı kənddən çıxaraq. Atəş açmayın.
Komandirimiz düşmənin xeyli itki verdiyini görüb məcburiyyət qarşısında qalaraq kəndi verdiyini bilirdi, o:
-Beş saat yox, iki saat icazə verirəm.
-Yaxşı, iki saata çıxırıq, atəşi dayandırın.

Atəş kəsilir, Riyad durbinlə Ağdağdakı yüksəkliyi müşahidə altında saxlayır. Orada isə durum başqa cür idi, ermənilər postu boşaldırdılar.

***

Riyad durbinlə Ağdağ yüksəkliyindəki erməni snayperçilərinin postuna baxır. O görür ki, postdan bir erməni əsgəri çıxır. Yaralı əsgərin qoluna girib dağdakı uçurumları ehtiyatla enməyə başlayır.
Riyad öz dəstəsindəki iki əsgərə durbini verib, deyir:
-Artıq kənd bizdədir. Gedin yüksəkliyə, müşahidə edin, görün köçürlər ya mövqelərini möhkəmləndirirlər. O yüksəklikdən hər şey aydın görünür. Diqqətlə baxın, gördüklərinizi mənə bildirin.
Əsgərlər tapşırığı yerinə yetirib, gəlirlər:
-Yüksəklikdə üç snayperçinin meyiti var. Düşmən köçür, hərbi yük maşını ilə ev əşyalarını daşıyırlar. Əlliyə yaxın meyit götürdülər, yaralıları yola saldılar. Kənd boşaldı, toplam 25-30 əsgər qaldı, onlar da evlərə girib-çıxırlar.
Riyad:
-Mənə elə gəlir onlar evləri yoxlamır, evlərə partlayıcı maddələr yerləşdirirlər.
Bunu dedikdən sonra, erməni komandirini xəttə çağıran Riyad Əhmədov öz sözünü deməmiş erməni komandir kəkələyə-kəkələyə dillənir:
-Riyad, hələ bircə saat keçib, sizin komandiriniz bizə iki saat vaxt vermişdi.
-Sən verdiyin sözü tutmadın. Sənin evlərə partlayıcı yerləşdirən 30 əsgərini öldürmək üçün bizə 20 dəqiqə bəs edər. İndi göstəriş ver, o yerləşdirdiyiniz partlayıcıları zərərləşdirsinlər. Tez olun, Ağcakənd, Başkənd də ta Gülüstana qədər boşaldılacaq!

Eşitdiklərinə nə cavab verəcəyini kəsdirə bilməyən erməni komandir:
-Oldu, Riyad, oldu! Sənin gözündən heç nə qaçmır, əgər belə deyirsənsə, bir yoxlatdırım, görüm nə işdir, bu dəqiqə hansı evə qoyulubsa, çıxarılacaq!” (Özünü elə aparmağa çalışır ki, guya öz verdiyi komandadan xəbəri yoxdur)

***

Riyad əsir götürülmüş üç erməni hərbçisini Milli Ordumuzun əsgərlərinə təhvil verir. Onlar əsirlərin ikisini aparırlar. Üçüncüyə baxıb:
-Bu, çətin ki, sağ qalsın. Ölü kimi bir şeydir. Bunu aparmağa dəyməz.
Yaralı Riyadla təkbətək qalmışdı, başından qan axırdı. Riyad çantasından bint çıxarıb onun başını sarıdı, axan qanını durdurdu.
Nəhayət yaralı erməni əsgər özünə gəlib, ona yalvarmağa başlayır:
-Məni qoyma ölməyə, sənə bir məlumat verəcəyəm. Mən Ermənistan xüsusi  xidmət orqanlarının zabitiyəm.
Aman, Tanrım! – Riyadın yerinə kim olsaydı, eşitdiklərindən şoka düşərdi, bəlkə də…  O, on üç il uşaq həsrəti ilə yaşayan bir türk ailəsi barəsində bilgi verirdi…
Riyad onu dinləyə-dinləyə yüksəklikdəki əsgərlərimizlə də əlaqə saxlayıb məlumat alırdı.
O, iki əsgərimizə yaralını həkimə aparıb yaralarını tikmək barədə göstəriş verdi:
-Bu əsiri həkimə aparın, yaralarını tiksinlər, sarısınlar, siz bu əsiri mənə sağ-salamat verməlisiniz. O Ermənistan xüsusi  xidmət orqanlarının zabitidir, mənə lazımdır.  Müalicə edin, neynirsiz edin, illa da ölməsin!
Əsgər:
-Riyad, sən də başından yaralısan. Bizimlə gəl, həkim yaralarına baxsın.
Riyad:
-Mənim hələ işim var – özümə söz vermişəm, bayrağımızı Qaraçinardan asmayınca,  getməyəcəyəm, gedə bilərsən. Əsiri aparın!
Yüksəklikdəki əsgər hava telefonu ilə Riyadla əlaqə saxlayır:
-Ermənilərin hamısı yola çıxdı. Bircə maşın qalıb, deyəsən komandirin UAZıdır.
Elə bu vaxt Riyada zəng gəlir:
-Mənəm, erməni hərbi birliyinin komandiri. Riyad, sənin səsini çox eşitmişəm amma üzünü görməmişəm. Üzünü mənə göstər, əl eləyib gedəcəm. Sənin sayəndə mülki vətəndaşı sağ-salamat çıxara bildim, istəmirəm sənin üzünü görmədən gedim, sən hardasan?
Riyad:
-De görüm sən hardasan? Sizdə də etibarlı adamlar varmış.
-Bax, ən yekə çinarın yanından say, beşinci çinarın altındayam.
Riyad öz adamlarına tərəf dönüb, deyir:
-Eşitdinizmi? Onun nəsə planı var. Məndən uzaqlaşın, hamınız silahlarınızla oranı nişan alın. Nəsə baş verəcək. İlk atəşi biz yox, onlar atacaq. Uzaqlaşın!
O, əsgərin birindən güllə keçirməyən papağı alıb başına qoyur. Birini də əlinə alıb silahının başına keçirib yuxarı qaldırır:
-Bax, mən düz səni görürəm, deyib səngərə əyilərək avtomatı yuxarı qaldırır. Erməni zabit papağı Riyad zənn eləyib ona əl eləməyə başlayır. Onun beş metrliyində bir erməni əsgəri otların arasından dəmir kaskanı qranatamyotla nişan alıb atəş açır. Hər iki erməni onları hazır gözləyən maşına minib qaçmaq istəyəndə bizim cəbhədən atəş açılır.
Ermənilərin hər üçü öldürülür. Erməni əsgərin qaranatamyotu Riyadın yaxınlığında partlasa da, başına qoyduğu dəmir kaska onu qoruyur, azca alnından yaralanır. Riyad bu döyüşdə ikinici dəfə başından yaralansa da, ayağa qalxıb, onun harayına gələn əsgərlərə bağırır:
-Sizə nə göstəriş vermişəm? Niyə burdasınız?!
Əsgər Nəbi Ağamalıyev:
-Komandir, göstərişinizi yerinə yetirdik, sürücü ilə birlikdə hər üçünü öldürdük. Siz yaralanmısınız, sizi həkimə aparmalıyıq..!
Riyad:
-İrəli! Başqa söz eşitmək istəmirəm! İstəmirəm! İrəli!
Əsgərlər Qaraçinar kəndinə daxil olur, klubun üstünə Azərbaycan bayrağı asılır.
Riyad əsgərləri yığıb sıraya hərbi salam verir.
Onun başının qanı kəsmirdi, bintlə sarıyırdılar, əsgərlərimizin təkidinə hirslə cavab verirdi.

Uzun sözü qısası, nəhayət kənd yoxlanılır, ermənilərdən tam təmizlənir. Yurdun bir kəndinin torpağı da rahat nəfəs alır… elə bil torpağın üzü gülür… ağaclar birdən bar vermək, çiçəklər birdən açmaq, quşlar qurultay keçirmək istəyirdilər…
Riyad Əhmədovun Vətən eşqi ilə döyünən Ürəyinin, qəlbinin səsi idi bu şəkillənmələr, bu təsəvvürlər…

(Ardı var)

Həmçinin oxuyun

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı

285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz …

Bir cavab yazın