Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / MİLLİ QƏHRƏMAN RİYAD ƏHMƏDOVUN SİRRİ (3-cü hissə)

MİLLİ QƏHRƏMAN RİYAD ƏHMƏDOVUN SİRRİ (3-cü hissə)

Azinforum.az Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist Cəlaləddin Qasımovun əfsanəvi milli qəhrəman Riyad Əliyevə həsr etdiyi ssenarini eksklüziv olaraq təqdim edir. Qeyd edək ki, məllif bu ssenarini film çəkilişi üçün ərsəyə gətirib.

Əvvəlli burda: https://www.azinforum.az/?p=459 (1-ci hissə)

                          https://www.azinforum.az/?p=2501 (2-ci hissə)

3-cü hissə

Riyad:
– Əsl türk oğlu belə olmalıdır.
Züleyxa da maşına minir:
– Mən də gedəcəyəm, birdən oğlumu apararlar.
Akif yoldaşının inadını bildiyi üçün heç nə demir.
Sərhəddə yaxınlaşırlar. Venera və qızları Samvellə qucaqlaşıb görüşürlər.
Sağollaşanda Venera Samvelə məktub verir. Riyadgil on-on beş metr aralıda durub onları izləyirdilər. Samvel erməni dilində yazılan məktubu açıb oxuyur:

“Əziz oğlum, sən böyümüsən, artıq hər şeyi başa düşürsən. Əslində səni doğan, dünyaya gətirən anan indi sənin yanındadır, o sənin öz atandır. Biz bura öz oğlumuzun qəbrini ziyarət etməyə gəlmişdik, səninlə görüşməyə yox.
Amma səni gördüm, çox sevindim, ata-ananı tanıdım. İndi arxayınam, onlar səni çox sevirlər, sənə məndən də yaxşı baxırlar, mən çox rahat oldum. Sənin atan bildiyin Qarik isə alçağın biridir. O hər şeyi məhv elədi, snayperlə türk zənn eləyib öldürdüyü uşaqların içində öz oğlunu da öldürüb. İndi qəbrini ziyarət elədiyimiz öz oğlumuzu özünün öldürdüyünü biləndə dözməyə kişiliyi çatmadı. Özünü öldürdü. Mən sənin gələcəyini görürəm, atanın, ananın sözünə qulaq as, bu lənətə gəlmiş müharibə qurtarandan sonra görüşərik. Bacılarını da, məni də unutma. Bir də sənin cibinə bir üzük qoymuşam, o üzük 1979-cu ildə sizi ayırdı. O üzüyün sahibi sənsən, xəbərin olmadan cibinə qoydum”.

Züleyxa Akiflə arxada durmuşdu, durmadan Akifə “get oğlumuzu gətir” deyirdi:
– Bax, erməni məktub yazıb, indi oğlun qaçacaq, nə bilirsən bizdən nələr yazıb? O biri oğlumuza sahib çıxmadın, heç olmasa bunu qoru.
Akif onu susdurmağa çalışırdı:
– O mənim oğlumdur, türkdür, ata-anasını qoyub qaçmaz. İndi gələcək.
Samvel əlini cibinə atıb üzüyü çıxarır, qəfildən ondan uzaqlaşan anasının, bacısının yanına doğru qaçmağa başlayır. Züleyxa:
– Gördün, gördün? Mən demişdim sənə, demişdim. Niyə eşitmədin? Oğlumuz getdi, Akif, getdi. Mən onsuz necə yaşayacağam? Aldatdılar bizi.
O çığırırdı, Akifi isə soyuq tər basmışdı:
– Yox, ola bilməz, mənim oğlum bunu eləməz, o öz ata-anasını qoyub qaçmaz. İnanmıram.
Riyad:
– Sizin oğlunuz qayıdacaq. Mən evlərini tanıyıram, narahat olmayın, qayıtmasa özüm gedib gətirəcəm.
Hadisəni kənardan izləyən əsgərlər arasında çaxnaşma yaranmışdı. Onlar əsəbiləşmişdilər. Hamı diqqətini onlara yönəltmişdi.
Samvel Veneraya:
– Dayanın, bu üzüyün sahibi mənəm mən də onu bacıma bağışlayıram.
O üzüyü kiçik “bacısına” verib geri qaçmağa başladı. Əsgərlərimiz əl çaldılar.
Akif:
– Züleyxa, gördün? Sənə dedim axı, mənim oğlum qayıdacaq! O öz ata-anasını qoyub qaçmayacaq. Qayıtdı bax, oğlum qayıtdı.
Züleyxa Samvelə tərəf qaçıb onu bağrına basdı:
– Bizi çox qorxutdun, oğlum. O məktubda nə yazılmışdı? Sən niyə qaçdın? Nə verdin onlara?
Samvel məktubu oxuyub tərcümə etdi:
-Üzüyü qaytardım, “bacıma” bağışladım o üzüyü.
Akif:
– Sən mənim ürəyimi dağa döndərdin, sən nə istəsən eləyəcəyəm.
Samvel:
– Mən iki ədəd kukla istəyirəm. “Bacılarıma” söz vermişdim. Dərslərini əla qiymətlərlə oxusalar, mən onların hərəsinə bir kukla alasıydım, onlar da sözlərində durdular. Üçüncü sinifdən sonra da müharibə başladı, mən hədiyyələrini ala bilmədim. İndi görüşəndə onlar yenə əlaçı olduqlarını dedilər. Verdiyim söz yadıma düşdü, çox utandım.
Akif:
– Səni Bakıya aparacağam, dünyanın ən gözəl paytaxtlarından birinə. Orada özünə istədiyin kuklanı alarsan.
Samvel:
– Bakının şəkillərini çox görmüşəm, orada Xəzər dənizi, Qız Qalası var.
Züleyxa Akifə:
– Oglum indi biznən dogmalaşır, indi bizə inanir, sən dyz deyirdin

Akif axşam Zeyvə kəndinə gəlib Riyadla görüşdü. Yemək hazırlatdırıb gətirmişdi, onlar birlikdə yemək yedilər. Akif Riyada borclu olduğunu dedi:
-Nə qədər çalışsam ki, sənə bir yaxşılıq edim, xəcalətindən çıxım, ancaq sənin barəndə eşitdiklərim məni heyrətə saldı. Sən tanınmış, vəzifəli bir kişinin övladısan, mənim kimilərinin edə bilmədiklərini, sən bir telefon zəngi ilə gerçəkləşdirə bilərsən. Əslində məni bir şey də çox təəccübləndirdi. Necə olub ki, sən Əfqanıstanda xidmətdə olmusan? Sovet vaxtı pullu kişilərin övladları oralara getmirdi. Elə Qarabağ müharibəsində də pullu və vəzifəlilərin uşaqları döyüşməzlər. Ancaq sən Bakıda rahat həyatını, geniş və işıqlı iş otağını atıb müharibəyə yollandın.
Akif danışdıqca Riyadın gözləri uzaqlara zillənmişdi. Arada bir Murova və öz işığı ilə onu işıqlandıran Aya baxırdı.
Riyad:
– Düz deyirsən, o vaxtlar dediyin hallar mövcud idi. Ancaq mən Əfqanıstanda olmasaydım, bir döyüşçü kimi yetişməzdim. Orada öyrəndiyin təcrübə bu gün burada köməyimizə yetir. O ki, qaldı, rahat həyatıma, bilməniz gərəkdir ki, bu vətən hər birimizin vətənidir, varlının da, kasıbın da. Bu hisslər adamın daxilindən gəlməlidir. Övladlarını hərbi xdimətdən saxlayanlar vətən sevgisindən uzaq olanlardır. Ümumiyyətlə, onlar barəsində danışmağa dəyməz.
Akif:
-Demək istədiyim odur ki, sənin vətən uğrunda xidmətlərin heç zaman unudulmayacaq, gənclərimiz sənin kimi qəhrəmanlarımızla fəxr edəcəklər.
Akif Riyadla sağollaşdı, bir həftəlik Bakıya gedəcəyini bildirdi:
-İstəyirəm oğlum Samvel bizim Azərbaycanın paytaxtını görsün, oradakı qohumlarını tanısın. Bakıdakı qohumlarım tez-tez zəng edirlər ki, gəl sənə şəhərdə, bankda iş düzəldək. Mən də dədə-baba yurdumu boş qoyub gedə bilmirəm. Düzdür, sizin sayənizdə təhlükə olmasa da, Bakıdakı qohum-qardaşlarım övladımı görmək istəyirlər. Onların ən çox istədiyi əfsanəvi qəhrəman sənsən. Səni də görmək istəyirlər, sənin haqqında o qədər danışmışam ki, hər zaman qəlbimizdəsən.

Bir həftədən sonra Samvel “bacısına” məktyb yazdı:

“Mən Bakıya getdim, Bakını gəzdim, Xəzər dənizini gördüm, İçərişəhəri dolandım. Bir sözlə, Bakı çox xoşuma gəldi.Amma cox istəyərdim ki, bacılarım da yanımda olaydı, onlar da gəzib görərdilər.
Müharibə tez qurtarsın, mən sizə Bakını gəzdirəcəyəm. Həm də sizə söz vermişdim ki, dərslərinizdə əlaçı olsanız, kukla alacağam. Sözümü tutmuşam, sizə ən qəşəng kuklalar almışam. Bakıda mənim əmilərim, dayılarım, bir sözlə qohumlarım çoxdur. Onlar hamısı məni çox istəyirlər. Amma mən sizin üçün çox darıxıram. Bu ili də əla qiymətlərlə bitirsəniz, sizə yenə də hədiyyə alacağam. Sağ olun. Qardaşınız Samvel”.
Anası Samvelin erməni dilində yazdığı yazıya diqqətlə baxıb oğluna dedi:
– Mən sənin ürəyindəkiləri bilirəm, yazdığını da başa düşürəm.
Səhəri gün Akif hərbi hissəyə gedərkən, oğlunun aldığı kuklaları və bir də “bacılarına” yazdığı məktubu götürdü. Oğluna dedi:
– İstəyirsən birlikdə gedək.
Samvel getməyə razılaşdı və onlar birlikdə yola çıxdılar. Tapqaraqoyunlu postuna çatanda Akif hava telefonu ilə erməni postuyla əlaqə saxladı:
– Keçmiş “KaMaz” sürücüsü Qarikin dostlarından kim varsa, cavab versin.
Bir nəfər cavab verdi:
– Mən Qarikin dostuyam, adım da Aşotdur. Siz kimsiz və nə istəyirsiniz?
Aşotun adını eşidən kimi Samvel hava telefonunu götürdü:
– Aşot, mənəm, Samvel, necəsən?
Aşot Samvel adını eşidəndə bir az susdu, sonra:
– Hə, sənsən, sənin səsindir. Necəsən? Mən şoka düşdüm, sən sərhəddəsən, sən Ermənistanda böyüyüb, boya-başa çatmısan. İndi türk olduğunu bildin, türkün torpaqlarını qoruyursan, bizə güllə atırsan, eləmi? Bizləri nə tez unutdun?
Samvel:
-Yox unutmadım, mən məktəbdə oxuyuram, sagirdəm. Bura da güllə atmağa gəlməmişəm, bacılarıma hədiyyə almışam, onları atamın doslarından birinə vermək istəyirəm ki, bacılarıma versin.
Aşot bir az duruxsunandan sonra:
– Bu yaxınlarda sizə getmişdim. Venera sizdən, sənin atandan, anandan çox razılıq edirdi. Sağ olsunlar, ona kömək ediblər. Oğlunun qəbrini ziyarət etməyə yardım etdikləri üçün sənin valideynlərindən çox razılıq edirdi. Deyirdi ki, “Samvelin ailəsini gördüm, rahat oldum ki, onlar ona yaxşı tərbiyə verəcəklər, çox sevindim”.
Samvel, bəs orda neynirsən, sən hərbiyə qoşulmusan, eləmi? Atanın “KaMaz”ını mənə veriblər, hərbi hissəyə ərzaq daşıyıram. “Bacıların” da, “anan” da yaxşıdır. Biz də tez-tez sizə gedirik, çox sevinəcəklər sənin hədiyyəni onlara verəndə. Mən özüm də çox sevindim, sənin dərslərin necədir, böyüyəndə kim olacaqsan? Yadındadırmı, “atan” həmişə soruşurdu, sən də ona cavab verirdin.
Samvel:
– Yadımdadır, atam deyirdi ki sən hərbçi olacaqsan, böyüyüb türkləri qıracaqsan. Mənsə böyüyüb Türk oldum. Mən hərbçi olmayacağam, çünki mənim atdığım güllələr anama, bacılarıma dəyə bilər. Atam məni sərbəst buraxır və deyir ki, böyüyəndə qərarı özün verərsən. Amma mənim həyatım bir yuxu kimi gözümün qabağına gəlir. Elə bil ki, yuxudayam, nə vaxtsa ayılıb bir gün yenə erməni olacağam. Amma erməni olmaq istəmirəm. Çünki mənə türklərin barəsində deyilənlərin hamısı yalanmış.
Aşot:
– Nə yalan imiş, atanın dediklərini xatırlayırsanmı?
– Xatırlayıram, heç vaxt da unutmayacağam. Üzünü görmədiyim qardaşımı o öldürdü, dərsdən çıxdığı vaxt sinif yoldaşı ilə birlikdə ikisini də öldürdü. Anamla bərabər qardaşımın qəbrini ziyarət etdik, mən qardaşımın sinif yoldaşının qəbrini gördüm, anam göstərdi və dedi ki, qardaşınla bir yerdə ikisini də bir nankor qatil vurub. Mən onda bilmirdim ki, onları mənim atam bildiyim Qarik vurub. Bunu eşidəndə çox xəcalət çəkdim. Qardaşımın sinif yoldaşıgilin evləri də bizimlə yanaşıdır.
Bir gün qərara gəldim ki, onların evinə gedib 13 il atam bildiyim və bu illər ərzində bir yerdə yaşadığım Qarikin əvəzinə onlardan üzr istəyim. Mən onlara getdim, onlar məni görən kimi tanıdılar. “Akifin oğludur” dedilər. 13 il Ermənistanda yaşayan birisini ən əziz adamları kimi qarşıladılar, əzizlədilər. Mən özümdə cəsarət taparaq onlardan üzr istədim. Sözümü yarımçıq kəsib “sənin nə günahın var, sən bizim öz balamızsan, bizim övladımızı öldürən namərdin belə uşağının günahı yoxdur. Sən niyə üzr istəyirsən” deyə məzəmmət etdilər. Onların sözlərindən sonra deyə bilmədim ki, mən elə oğlunuzun qatilinin oğlu kimi sizdən üzr istəyirəm. Deyə bilmədim ki, 13 il onun evində yaşamışam, buna cəsarətim çatmadı. Bax, onda bildim ki, türklər barəsində eşitdiklərim, öyrəndiklərim hamısı yalan imiş.
Aşot:
– Sən məni və postda səsini eşidənlərin hamısını ağlatdın. Mən gəlirəm sizin postunuza, hədiyyəni verərsən.
Aşot icazə alaraq posta gəldi və orada Akifi görüb tanıdı, onunla görüşdü.
– Deməli Samvelin atası sənsən, bizim köhnə dostumuz. Sən bankda işləyirdin, mən də Mardakertdə Araq zavodanda mütəxəssis idim. Qarikin “KaMaz”ıyla Rusiyaya çaxır göndərirdim.
Sən onu da görsən tanıyardın. Bizim pulköçürməmizi sən eləyirdin. Goranboyun bankından. Gül kimi yaşayırdıq, zəif yerimizdən vurdular, oyuna gətirdilər. Biz də bu oyuna getdik, özümüzü tora saldıq. Bu müharibəni salanın Allah bəlasını versin. Məhv elədilər bizi.

Aşot keçmiş günlərini yadına salaraq, öz xalqının günahkar olduğunu deyib Samveli qucaqlayaraq, üzr istədi:
– Sən bizim övladımız sayılırsan, oğlumla birlikdə böyümüsən, mən fəxr edirəm ki, oğlumun sənin kimi mərd dostu var. Heç zaman yadından çıxarma, unutma onu. Sən ki, bacın olmadığını bilə-bilə onları unutmamısan. Ancaq damarında türk qanı axan Türk oğlu belə etibarlı ola bilər. Ermənistanda məktəbdə keçdiklərini unut, o tarix saxtadır.
Aşot Akifin üzünə baxaraq dedi:
– Oğlumla birinci sinifdə oxuyurdular, dərslərini də bir yerdə hazırlayırdılar. Türklərin qəddar qatil olmaqları barədə keçdiyi dərslərdən sonra mənə də çox suallar verirdilər, öz sualları ilə məni çox təəccübləndirirdilər. O, oturub-durduğu, dostluq elədiyi uşaqlar da türklər idi. Bir gün Samvel yenə türk uşaqları ilə oynayanda gördüm ki, o türk dilində danışır, xeyli təəccübləndim. Ən yaxın dostu mənim oğlum idi, hətta ona da türkcə danışmağı öyrətmişdi. Samvelin türklərlə bağlılığını bilmirdim. Elə hey düşünürdüm ki, bu uşaq türklərə niyə bu qədər meyllidir. Sən demə o tər-təmiz türk imiş.
O, əlini Samvelin çiyninə qoydu:
– Əsl tarixi həqiqəti sənə öz dilində, öz məktəbində keçəcəklər.
Aşot Samveldən soruşdu:
– Məndən, ümumiyyətlə, bizdən istədiyin bir şey varsa, mən hazıram.
Samvel:
– Arada, bacılarımı, Veneranı görmək istəyirəm, onları gətirərsənmi sərhədə?
Aşot:
– Gətirərəm. Venera və qızlar uça-uça gələrlər. Amma sizdə əsgərlər buraxarlarmı bilmirəm.
Aşotla Samvel Akifin üzünə baxdılar. Akif də onlara yenicə yaxınlaşmış Riyadın üzünə baxdı. Riyad gülümsəyərək:
– Gələ bilərlər,-dedi.

Aşot sağollaşaraq, hədiyyələri də götürüb öz postuna qayıtdı.
Samvelin gözləri yaşardı. O, atası Akifi qucaqlayaraq dedi:
– İndi mənə hər şey aydın oldu. 13 il atam bildiyim o adam, orta məktəb müəllimlərimiz bizə birinci sinifdən türklərin bir qatil, düşmən olduğunu bildirirdilər. Mən türk olduğumu biləndə utanırdım, çünki həqiqəti bilmirdim. Ermənistanda orta məktəbdə müəllimlərin dedikləri yadıma düşürdü. Ancaq indi türk olduğum üçün fəxr edirəm. O dediklərinin yalan olduğunu görürəm. Türklərə iftira atanların biri elə buydu, amma o üzr istədi, günahkarın öz xalqı olduğunu bildirdi.

Riyad postdan Milli Ordumuzun komandirinə zəng vurdu:
– Ballı qayada ağır döyüş olub. Xeyli yaralılarımız var, beş nəfər şəhid vermişik.Yaralılar indilərdə çatmalıdır, həkim briqadasını hazır edin. Gülüstanı darmadağın etdik. Düşmənin xeyli texnikasını dağıdaraq ağır zərbələr vurduq, xeyli itki verdilər. Çətin ki, onlar bir də Ballı qayadan kəndlərimizə basqın edələr.
Komandir Riyada təşəkkür edərək dedi:
-Sənə şad xəbərim var. Qəhrəmanlığın barəsində rəhbərliyə çox məruzə etmişəm. Səni Milli Təhlükəsizlik Nazirliyindən Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə keçirirlər, əmrini də veriblər. Ballı qayada bizimkilər çox itki veribdi, mülki insanlar qırılıb, nankor düşmən güclərini silahsız adamlara göstərirdi. Gülüstanı yaxşı dağıtdınız. Sən indi Tapqaraqoyunludasan, oradan Qaşaltıya get, əsgərlərimzin əhval-ruhiyyəsinə bax, sən indi Müdafiə Nazirliyinin işçisisən, gör oralarda vəziyyət necədir.
Riyad:
– Komandir, Qaşaltı dedin, yadıma Şuşa düşdü. Mən yeddi ay əvvəl Daşaltıda ağır əməliyyatda oldum, çətinliklə də olsa uğurlu əməliyyat keçmişdik. Düşmənin mövqelərini dağıtdıq, axşam yuxumda Daşaltını görmüşdüm, orda şəhid olan dostlarımla görüşdüm, mənə deyirdilər ki, bura soyuqdur.
Komandir:
-Ora getmə, arada yuxular bəzən düz çıxır.
Riyad:
– Komandir, mən Goranboydakı Qaşaltını demirəm, Şuşadakı Daşaltını deyirəm. Mən gedirəm indi sizin Qaşaltıya.
Riyad Tapqaraqoyunlu yaxınlığındakı Qaşaltıya getdi, əsgərlərlə görüşdür.

Akifin ailəsi elə bil həyata yenidən başlamışdı, xoş günlərini yaşayırdı. O, oğlu Samvellə axşamlar Zeyvə də kəndinə gələrək, Riyadla söhbət edirdi. Oğluna deyirdi ki, vaxt gələcək, Azərbaycan Riyadla fəxr edəcək.
Bir ay keçdi, Riyadı qərargaha çağırdılar. O, Müdafiə Nazirliyi ilə telefonla danışdı, nazirlikdən ona bildirdilər:
– Siz 38 əməliyyatdan uğurla çıxaraq, ermənilərə ağır zərbələr vurmusunuz. 1991-ci ilin mayında, 8 ay əvvəl siz Milli Təhlükəsizlik Nazirliyi sıralarında döyüşərkən Daşaltıda uğurlu əməliyyatınız sayəsində ərazidəki erməni dəstələri dağıdılmışdı. Həmin ərazidə sizin döyüşçüləriniz yenə düşməni məğlub edəcəklərinə inanaraq irəlilədikləri zaman Şuşa, Laçın yolunda ermənilər pusqu qurub xeyli sayda əsgərimizi şəhid ediblər. Siz bu ərazidə olmusunuz, oraya bələdsiniz, sizi Şuşaya xidmətə dəvət edirlər.

Riyad Əfqanıstanda döyüşmüş təcrübəli əsgərlərini yığaraq, onlara bildirdi ki, “bizi Şuşaya çağırırlar, hazırlaşın, yola düşürük”.
Riyad Goranboyda döyüş yoldaşlarını yığaraq, onlarla sağollaşıb, Şuşaya yola düşdü.

Üç aydan sonra sərhəddəki postda Aşot Akifi əlaqəyə çağırdı:
– Venera qızları ilə oğlunun qəbrini ziyarət etmək üçün icazə istəyir.
Akif:
– İcazə almadan keçsinlər.
Onlar sərhəddi keçməyə başladılar.
Akifi postun komandiri çağıraraq bildirdi ki, Milli Ordu komandiri telefonda onunla danışmaq istəyir.
Komandir hava telefonundan Akifə bağırdı:
– Ermənilərə sərhəddi keçməyə kim icazə verib?! Bəlkə onlar casusdurlar, icazə verilmir, onları geri göndərin.
Akif:
– Onlara icazəni Riyad vermişdi.
Riyadın adını eşidən komandir bir anlıq susdu:
– Riyad icazə veribsə, keçsinlər. Postun komandirinə bildirin ki, buraxılsın, sərhəddən geri qayıdandan sonra da məruzə etsin.

Venera qızları ilə sərhəddi keçdi. Akif onları evinə gətirdi, qızları evdə qoydu ki, Samvellə oynasınlar.
Venera, Akif və Akifin arvadı Züleyxa qəbiristanlığa getdilər, Samvelin qəbrini ziyarət etdilər. Sonra yenidən Akifgilə qayıtdılar. Akifin yoldaşı öldürülmüş Samvelin şəkillərinin bir nüsxəsini Veneraya verdi. Onlar evdən çıxıb sağollaşan zaman Samvel atasından icazə alaraq, “bacılarını” yola salmaq istədi. Venera qızlarıyla maşına minərkən Akifin yoldaşının ovcuna məlum üzüyü qoyub dedi:
– Bu üzüyün sahibi Samveldir. Mən bir də çətin gələm sizi görməyə. Vəziyyət get-gedə pisləşir.

Sərhəddə Venera və qızları Samvellə sağollaşıb getdilər. Postun komandiri ordu komandirinə məruzə edərək dedi ki, “Akifin buraxdığı erməni qızları sərhəddi keçdi”.
Ordu komandiri:
– Akifin yox, Riyadın icazə verdiyi,- deyərək telefonun dəstəyini asıb öz-özünə deyindi: – Mən nə belə ürəkli qəhrəman gördüm, nə də eşitdim.
O, Riyad Əhmədovu nəzərdə tuturdu.

Komandir kabinetində yeni zabit rütbəsi almış gənclərə Riyaddan bəhs edirdi:
– Riyad “Daşnaksütyun” Partiyasının 45 il ərzində keçirdiyi əməliyyatların siyahısını Ermənistan xüsusi xidmət orqanlarının rəisi Masis Amirxanyandan öyrənmişdi. Onlar Azərbaycanda dəyişdirdikləri erməni uşaqlarının yeddisi ilə artıq əlaqə yaradıb əməkdaşlıq edirdilər. Riyad bu məlumatı öyrənərək öz rəhbərliyinə ötürüb, onlar barəsində tədbir görmüşdü. “Daşnaksütyun” Partiyası, Ermənistan xüsusi xidmət orqanları bu məlumatları ötürən xaini axtarırdılar. Nəticə etibarilə yeddi məxfi adamın kimliyi aşkarlanmışdı. Hətta “Daşnaksütyun” Partiyası ilə Ermənistan xüsusi xidmət orqanları arasında mübahisə də yaranmışdı ki, “biz 45 il yeddi erməni uşağını Azərbaycana yerləşdirmək üçün, onların böyüməsini izlədik ki, biz türklərlə müharibə aparanda bizə dəstək olsunlar. Müharubə başladı, bir il keçmədi ki, o adamlarımız ifsa oldu”.
Ermənilər öz içlərindəki xaini axtarırdılar. Masis çox məlumat ötürmüşdü Riyada, hətta Sovetlər dönəmində erməni tibb bacılarının Azərbaycanın doğum evlərində yerləşdirilməsini, yeni doğulan oğlan uşaqlarının göbəyinə dərman sürtülərək öldürülməsini, onların siyahısını da demişdi. Onlardan biri Tovuz rayonunda 1945-ci ildən 1990-cı ilə qədər tibb bacısı işləmiş Adamova Tamara idi.
Riyad Ermənistan xüsusi orqanları, “Daşnaksütyun” Partiyasının çox sirrini bilirdi. Ermənilər bilirdilər ki, Riyad hər döyüşdə öndə gedir. 38 əməliyyatdan uğurla çıxmışdı. Amirxanyan, Malikyan açdıqları sirləri Riyad ifşa edər, deyə çox qorxurdular. Onlar Riyadı daim izləydirlər. Bir xəyanət nəticəsində onu 39-cu əməliyyatında tələyə saldılar. Elə buna görə də Riyadın son döyüşündən sonra onun barəsində bu günə kimi erməni mənbələrində lazımi məlumat yoxdur.

Riyad Əhmədov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdi. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına mübarizə aparmışdı.38 əməliyyatdan uğurla çıxıb, ermənilərə ağır zərbə vurmuşdu.
Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda başlayıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla sona çatıb. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa, onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Bu döyüş əməliyyatında həlak olanların sayı hələ də indiyə kimi dəqiqləşməyib. Müəmmalı ölümünə doğmaları və dostlarının hələ də inanmadığı oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovdu.
Xüsusi təyinatlı dəstənin komandiri olan Riyad Əhmədov da Daşaltı əməliyyatında itkin düşdü. Riyad Əhmədovla bağlı erməni mənbələrində də heç bir məlumat yoxdur.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın