Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi İlham Əliyevi təbrik etdi

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi İlham Əliyevi təbrik etdi

Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində cənab İlham Əliyev yenidən ölkə başçısı seçilib. Bu əlamətdar hadisə münasibəti ilə cənab Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir. Artıq dünyanın bir çox tanınmış şəxsləri, nüfuzlu dövlət adamları cənab Prezidenti qələbə münasibəti ilə təbrik edib.  Aprelin 18-də  isə cənab İlham Əliyevin təntənəli şəkildə inaqurasiya mərasimi keçirilib. Azərbaycanda 198 şəhid, Milli Qəhrəman ailələri və 17 sağ Milli Qəhrəmanı öz ətrafında birləşdirən Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi bu əlamətdar hadisələr münasibəti ilə İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Cənab Prezident!

Sizi, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik edir və ali şəxsiyyətinizə ən xoş arzularımızi  bildiririk. Səsvermənin nəticələri bir daha sübut edir ki, millətimiz qarşısında göstərdiyiniz misilsiz xidmətlər insanlarımız tərəfindən dərin ehtiram və sayğı ilə qarşılanır. Məhz bunun nəticəsidir ki, milyonlarla vətəndaşımız Sizi yenidən bu postda görmək arzusunu ifadə edib, sizə səs verdi.
Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyətinizlə Siz bir daha sübut etdiniz ki, xalqımız gələcəyini sizin simanızda mərhum Prezident, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursunun davamında görür.
Müasir dünyada cərayan edən gərginliklərə baxmayaraq, Siz müdrik idarəetməniz sayəsində ölkəmizdə sabitliyi və əminamanlığı təmin edibsiniz. Sizin rəhbərliyiniz altında əhalinin sosial rifahı günü-gündən daha da yaxşılaşır.

Möhtərəm cənab Prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Biz təşkilat olaraq, hər zaman Sizin əmrinizi gözləyirik. Hər  an dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün canmızdan keçməyə hazırıq. Tanrı Sizi qorusun və Azərbaycan xalqının başının üstündən əskik etməsin.

Hörmətlə, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi“.

 

Həmçinin oxuyun

Erməni ordusunun sonuncu kalonu da Kəlbəcərdən getdi – VİDEO

Ermənilərin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan köçü yekunlaşıb. Bu gün Ermənistan ordusunun sonuncu kalonu …