Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Milli Qəhrəmanlar Ukraynadakı biabırçılığa etiraz etdilər-Bəyanat

Milli Qəhrəmanlar Ukraynadakı biabırçılığa etiraz etdilər-Bəyanat

Azərbaycan Respublikasının Milli Qəhrəmanları tərəfindən
BƏYANAT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının müvafiq sərancamına əsasən Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin müddətinin başa çatmasına əsasən geri çağrılmasından sonra Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun təşkilatşılığı ilə Kiyev şəhərindəki kafelərdən birində insanlığa yaraşmayan və Azərbaycan Xalqının adına ləkə gətirən yığıncaq təşkil edilərək Dövlətimizin Diplomatının şərəf və ləyaqətini alçaldan, etikadan kənar əxlaqsız hərəkətlərə yol verilmişdir. Səfirin geri çağrılmasını sanki, Qarabağın azad edilməsi sevinci ilə atəşfəşanlıqla qeyd edən diaspora nümayəndələrinin belə bir yaramaz və nadan hərəkətləri bir sıra erməni saytları tərəfindən gülünc hədəfinə çevrilmiş ,bu hal Azərbaycan xalqının ümumi düşüncə tərzi kimi xarakterizə edilmişdir. Hikmət Cavadov və onun təxribatçı tərəfdarlarının Azərbaycan xalqının milli mənəvi dəyərlərinə zidd olan yaramaz və tərbiyəsiz əməlləri Azərbaycan Respublikasının Milli Qəhrəmanı kimi hər birimizdə nifrət və qəzəblə qarşılanmış, onun bu çirkin hərəkətləri, Azərbaycan adına yaraşmayan ləyaqətsizlik və əxlaqsızlıq nümunəsi kimi qiymətləndirilmişdir.
Hesab edirik ki, özünü “diaspora nümayəndələri” adlandıran bu insanların qeyri etik hərəkətləri tək Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsinə qarşı yox, bütövlükdə vətənimizin və dövlətimizin imicinə eyni zamanda Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda iştirak edərək canlarını qurban vermiş yüzlərlə şəhidlərimizin, qazi və əlillərimizin nüfuzuna zərbə vuran təxribat hadisəsidir.
Nəzərinizə çatdırmaq istəyirik ki, Azər Xudiyev Ukraynada səfir işlədiyi illərdə, Kiyev şəhərində Azərbaycanın dahi və mütəfəkkir mədəniyyət xadimlərinin abidələrinin ucaldılmasına nail olmuş, bu illər ərzində ermənilərin xalqımıza və torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlər göstərmişdir. Onun 2019-cu ildə Kiyev şəhərində insult keçirərkən Azərbaycanın Milli Qəhrəmanı Zabit Qulıiyevə və onun ailəsinə bəslədiyi diqqət və qayğı, bu illər içərisində Ukraynada səfərdə olan qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə bəslədiyi doğma münasibət biz Milli Qəhrəmanlar tərəfindən daim minnətdarlıq hissi ilə qiymətləndirilmiş, onun bu insansevərliyi tərəfimizdən yüksək dəyərləndirilmişdir.
Azərbaycan Respublikasının Milli Qəhrəmanları və Şəhid Milli Qəhrəman ailələri kimi, Azərbaycan Respublikasının Diplomatı Azər Xudiyevə qarşı həyata keçirilmiş ləyaqətsiz hərəkətləri Azərbaycan Xalqına qarşı edilmiş təhqir kimi qiymətləndirərək Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun mətbuat vasitəsi ilə Azərbaycan xalqından üzr istəməsini və bu yaramaz, ləyaqətsizcəsinə həyata keçirilmiş məsələyə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov tərəfindən rəsmi münasibət bildirməsini tələb edir eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyindən Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsinin şərəf və ləayqətini təhqir edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadova qarşı qanun çərçivəsində tədbirlər görülməsini xahiş edirik.
Hörmətlə,

Quliyev Vahid Həbibulla oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

Quliyev Zabit Adil oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

Quliyev Mirzə Məcid oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

Məmmədov Sahil Ələmdar oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı;

Həmçinin oxuyun

Nazirlər Kabineti pandemiya ilə bağlı qərarında dəyişiklik etdi

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət …