Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Milli Məclisdə Elmar Məmmədyarovun istefası tələb olundu

Milli Məclisdə Elmar Məmmədyarovun istefası tələb olundu

Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun istefası tələb olunub.
Azinforum.az-ın məlumatına görə, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib ki, xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin hücum diplomatiyasına adekvat ola bilmir:
“Çox təəssüf edirəm ki, prezident İlham Əliyev tərəfindən müəyyən olunan hücum diplomatiyasına Azərbaycanın xarici işlər naziri adekvat addımlar atmır. Onun Azərbaycan qarşısında ən böyük xidməti o olar ki, öz təşəbbüsü ilə istefaya getmiş olsun”.
Milli Məclisin sədri Oqtay Əsədov isə Fəzail Ağamalının istefa çağırışına qısa münasibət bildirib:
“Xeyr ola, Ana Vətən Partiyası yapışanda, yalnız xarici işlər nazirindən yapşır?”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …