Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, indiyə qədər 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, MSK sədri Məzahir Pənahov MSK-nın yanvarın 19-da keçirilən iclasında 1560 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirmişdi. Beləliklə, ötən 2 gün ərzində 18 nəfər deputatlığa namizədliyini geri götürüb.
Ana səhifə / Aktual / Milli Məclisə seçkilərlə əlaqədar 18 nəfər deputatlığa namizədliyini geri götürüb
Həmçinin oxuyun
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO
İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …