Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Aktual / Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi qəbul edildi – YENİLƏNİB

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi qəbul edildi – YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Unikal.org xəbər verir ki, qanun layihəsini parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib.

***

11:44

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Unikal.org-un xəbərinə görə, qanun layihəsini parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edir.

Yeni qanun layihəsi 15 maddədən ibarətdir. Sənədə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; mənzil fondunun idarə edilməsini; sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Daha sonra deputatlar qanun layihəsi ətrafında fikirlərini bildirəcəklər.

Həmçinin oxuyun

Vətəndaşlara çağırış: Eyvanlardan bayraq asaq

Sabah Vətən Müharibəsinin başlamasının bir ili tamam olur. Buna görə də, 44 günlük müharibədə torpaqlarımızın …