Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Milli Məclisdə Mübariz İbrahimovu təhqir edən qızdan danışılıdı: “Görünür dayıları ona bu cür danışmağı diktə edirlər”

Milli Məclisdə Mübariz İbrahimovu təhqir edən qızdan danışılıdı: “Görünür dayıları ona bu cür danışmağı diktə edirlər”

Milli Məclisin bugünkü iclasında Milli Qəhrəman Mübariz İbrahimova qarşı həqarət edən xanım-psixoloqdan da danışıldı.

Deputat Fəzail İbrahimli bu mövzuya diqqət çəkdi:“Mənim seçildiyim dairədə məhz Mübariz İbrahimovun valideynləri yaşadığı üçün mən bu mövzuda danışmağı özümə mənəvi borc bilirəm. Bu, bizim milli ruhumuza, milli qəhrəmanlarımıza hücumdur. Bu xanımı danışdıran genetik kodun diktəsidir. Görünür dayıları ona bu cür danışmağı diktə edirlər. Bu psixoloqun psixiatra ehtiyacı var. Azərbayacana qarşı iti caynaqlar uzanır, ayrı-ayrı adamları ələ keçirib dövlətçiliyimizə qarşı hərəkətə keçmək istəyirlər”.

Deputat dedi ki, belə adamlara qarşı ictimai qınaq xüsusi rol oynamalıdır: “Bu, iş yerində qınanmalıdır. Görsün ki, cəmiyyət tərəfindən çox böyük qınağa məruz qalır”.

Spiker Oqtay Əsədov çıxışa reaksiya verdi: “Mən xalqımızın bu məsələyə göstərdiyi hiddətin şahidi olmuşam. Sosial şəbəkələrdəki mövqeyi müşahid etdim. Ona görə belə cılız məsələyə Milli Məclisdə vaxt ayırmağa ehtiyac görmürəm. Bu adam heç institut da bitirməyib, hələ psixoloq olması üçün illər də lazımdır. Xahiş edirəm digər çıxış edənlər də bu məsələnin üstündə dayanmasınlar. Həmin xanımın cavabını xalq verdi”.

 

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …