Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “Milli” kulinarlarımızdan Azərbaycan bayrağına təhqir – FOTOFAKT

“Milli” kulinarlarımızdan Azərbaycan bayrağına təhqir – FOTOFAKT

Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıda İkinci Beynəlxalq Çay Festivalı keçirilib.

Yenicag.az xəbər verir ki, festivalda Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkiyə və Rusiya şirkətlərinin çay məhsulları sərgilənib. Festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrəsi nümayiş olunub.

Festivalda Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib. Fotodan da göründüyü kimi stolun üzərindəki Azərbaycan bayrağı tərsinə qoyulub. Azərbaycan bayrağ yuxarıdan mavi, orta qırmızı, aşağıda isə yaşıl rəngdədir. Ancaq dəfələrlə şahidi olmuşuq ki, nədənsə bayrağımız düz asılmır.

Adətən belə hallardan sonra rəsmilər açıqlama verir ki, texniki səhv olur. Çox güman ki, festivalın təşkilatçısı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Milli Kulinariya Assosiasiyası texniki səhv olduğunu deyəcək. Necə olur, Milli Kulinariya Assosiasiyası qonaqlara çay yerinə texniki səhv olaraq çaxır vermir, ancaq bayraq məsələsinə gəldikdə texniki səhv edir?

Bəli, bu halın qəsdlə edilmədiyinə inanacağıq. Ancaq bu bayrağa hörmətsizlik, ona süfrədə ən gərəksiz bir şey kimi davranıldığı faktını inkar etməyəcək.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …