Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Milli İstiqlal Patiyasından İlham Əliyevə ad günü təbriki

Milli İstiqlal Patiyasından İlham Əliyevə ad günü təbriki

Cənab Ali Baş Komandan, Hörmətli Prezident!

Bu ilki ad gününüz ölkəmiz üçün tam fərqli bir ictimai-siyasi şəraitə təsadüf edir. Bu gün Siz artıq ad gününüzü ölkəmiz üçün Vətən müharibəsində qələbə qazanmış qalib bir ölkənin Ali Baş Komandanı olaraq qeyd edirsiniz. Komandanlığınız altında Şanlı Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi və uzun illər ərzində mövcud olan münaqişənin həlli istiqamətində vacib addım ataraq olduqca böyük bir vəzifənin öhdəsindən gəldi.

Qarşıda duran vəzifə də ən azı torpaqlarımızın işğaldan azad olunması qədər çətin və şərəflidir. Dağıdılmış və talan edilmiş ərazilərimizin bərpası, insanlarımızın öz doğma yurd-yuvalarına qayıtmasının təmin edilməsi və Xankəndi başda olmaqla bütün ərazilərimizdə müqəddəs üçrəngli bayrağımızın dalğalanması. Milli İstiqlal Partiyası olaraq inanırıq ki, bu çətin vəzifənin də öhdəsindən gəlmək mümkün olacaq.

Heç şübhəsiz ki, düşmən üzərində qələbəmizi şərtləndirən əsas amillərdən biri də Azərbaycan cəmiyyətində hakim olan milli birlik və bərabərlikdən ibarətdir. Əldə edilən birliyin daimi olması üçün bundan sonra da səy göstərəcəyinizə inamımızı ifadə edərək bildiririk ki, bu birlik post müharibə dövründə qarşıda dayanan mürəkkəb problemlərin daha asan həllini mümkün edəcək.

 Cənab Prezident!

Milli İstiqlalçılar olaraq Sizi doğum gününüz münasibətilə təbrik edir, can sağlığı, Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə görəcəyiniz fəaliyyətdə uğurlar arzulayırıq.

Hörmətlə, Milli İstiqlalçılar.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …