Çərşənbə , May 12 2021
Ana səhifə / Aktual / Milli İncəsənət Muzeyinin əməkdaşlarına fəxri adlar verildi – Siyahı

Milli İncəsənət Muzeyinin əməkdaşlarına fəxri adlar verildi – Siyahı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə Əfəndiyev Toğrul Rasim oğlu, Əsədova Xədicə Vəli qızı, Həbibova Sevda Nürəddin qızı, Məlikova Əminə Zakir qızı və Nuriyeva Mehriban Qulam qızına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Təranə Qulam-Rza qızı İsgəndərova Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasında insan ayağı aşkarlanıb. Hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb. Belə …