Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Millətimizə ana-bacı söyüşü söyən Nadir: “Azərbaycanlılara qurban olum…”

Millətimizə ana-bacı söyüşü söyən Nadir: “Azərbaycanlılara qurban olum…”

Son günlərdə izləyicilərini təhqir etməsi ilə gündəmə müğənni Nadir Qafarzadə bu söhbətlərə son qoymaq qərarına gəlib.

Xaricdə istirahət edən ifaçı Azərbaycan üçün çox darıxdığını bildirib, millətimizə təriflər yağdırıb:

“Vətən üçün darıxıram. Azərbaycan və azərbaycanlılara qurban olum. Vallah, bizdən yoxdur. Yaxşsı bir yana, pisinə də qurban. Vallah nə də olsa özümüzkülərdir”.

Xatırladaq ki, ötən gün də məşhur müğənni paylaşdığı şəkilinin altında onu təhqir edən izləyicilərini sərt tənqid etmişdi:

“Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuzda , savadsız ve zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi kalitəsizdir! Çünki mənim varliğım onları narahat edir! Mən, Allahın mübarək ve seçilmiş bəndəsiyəm! Nə, xoş mənə! Səhifəmə girib, təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə! Mən kefdəyəm, Allah sizi şanssız , kölə yaradıb”.(big.az)

Millətimizə ana-bacı söyüşü söyən Nadir: "Azərbaycanlılara qurban olum..."

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın