Ana səhifə / Aktual / MİLLƏTÇİLƏRDƏN RƏŞAD MƏCİD VƏ AQİL ABBASA SƏRT ETİRAZ – “XOCALIYA GÖRƏ KİM ÜZR İSTƏYƏCƏK?”

MİLLƏTÇİLƏRDƏN RƏŞAD MƏCİD VƏ AQİL ABBASA SƏRT ETİRAZ – “XOCALIYA GÖRƏ KİM ÜZR İSTƏYƏCƏK?”

Azinforum.az xəbər verir ki,  ölkənin iki tanınmış jurnalisti – Rəşad Məcid və Aqil Abbasın  Rusiya ilə Türkiyə arasında yaşanan münaqişəyə  “Türkiyə Rusiyadan üzr istəməlidir” kimi münasibət bildirməsi əsl rezonansa səbəb olub. Sosial şəbəkələrdə bu fikiri işlədən jurnalistlərin ünvanıa sərt tənqidlər səsləndirilir. Azərbaycanın milliyyətçi  dairələri də həmin bəyanatdan bərk hiddətləndiklərini bəyan edir.

Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan, Canımız Azərbaycan Partiyasının sədri Ramiz Tağıyev Azinforum.az-a açıqlamasında bildirib ki, belə fikirləri eşidəndə çox təəccüblənib:

ramiz

“Türkiyəni Rusiyadan üzr istəməyə çagıranların yolu Şəhidlər Xiyabanına, Xocalı memorialına düşürmü? Hafiz Hacıyev deməli, onları kim fırıtdıyıb atıb ortalıga? Türk tarixin ən ağır dönəmlərində üzr istəmədi, indi sınıq-salxaq Rusiyadan üzr istəyəcək? Deyəsən, rusofillərin canında rus xofu hələ qalmaqdadır. Onlara bir vacib detalı  xatırlatmaq iztəyirəm, dünya ötən əsrdən qəbul edib ki, 21-ci əsr türkün yeni ugurlarının əsri olacaq.Sevinmək və hayqırmaq lazımdır: “Ən böyük Türkiyə başqa böyük yox!”

samir-adigozelli3

Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli isə Azinforum.az-a bildirdi ki, o, həmin jurnalistlərin mövqeyinə görə utanc hissi keçirir: “Türkməncay, Gülüstan müqavilələrinə görə kim üzr istəyəcək? Xocalı faciəsinə görə Rusiya bizdən üzr istədimi? Siyahını sonsuza qədər uzada bilərəm.  Mən Aqil Abbası indiyə kimi  milliyyətçi  düşüncədə olan adam kimi tanımışam. Hər zaman bu mövzuya aid olan söhbətlərdə ən yuxarı başda əyləşib. Mənə elə gəlir ki, insanın qəbul etdiyi ideologiya mövsümi xarakter daşımamalıdır. İnsan əqidəsində sabitqədəm olmalıdır. Bu hadisə mənim üçün həm də böyük bir test oldu. İnsanlara yaxşı bələd olmaq baxımından. Xüsusilə də, ölkədə jurnalistika sahəsinin ən ali titullarını alan  adamların belə mövqeyi məni lap sarsıltdı”.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın