Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / MİLLƏT VƏKİLİNDƏN ŞİKAYƏT VAR : “Fərəc Quliyev oğlunun törətdiyi cinayəti ört-basdır etmək üçün məsələyə siyasi don qeydirir”

MİLLƏT VƏKİLİNDƏN ŞİKAYƏT VAR : “Fərəc Quliyev oğlunun törətdiyi cinayəti ört-basdır etmək üçün məsələyə siyasi don qeydirir”

Bakı şəhər sakini İsa İsayev deputat Fərəc Quliyevin oğlu Türkel Quliyevdən şikayətçidir. Şikayətçinin sözlərinə görə, Türkel Quliyev onun qızı Afaq Süleymanovanı 14 noyabr 2012-ci il tarixdə Yasamal rayon, İnşaatçılar prospektində “Nissan – Teana” markalı avtomobillə piyada keçidinin üzərində vuraraq, hadisə yerindən qaçıb. Qarşı tərəf isə mətbuata verdiyi açıqlamada, bütün bu ittihamları rədd edib və şantaj olunduqlarını iddia edir. Fərəc Quliyevin verdiyi bu açıqlamanı qəbul etməyən İ.İsayev yenidən “Millətim”qəzetimizə məktubla müraciət edib. Məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

“Deputat Fərəc Quliyevin oğlu Quliyev Turkel Fərəc oğlunun qızım Süleymanov Afaqa avtomobili yüksək sürətlə idarə edərək ağır bədən xəsarəti yetirməsi və aldığı kəllə-beyin travması nəticəsində əməliyyat olunma dərəcəsinə çatdırılması ilə NATO generallarının tədbirinin heç bir əlaqəsi yoxdur. Özü də çox gözəl bilir ki, oğlu Türkel Fərəcoğlu avtomobili tək sərnişinsiz idarə etmişdir. Onun avtomobilindən başqa hadisə zamanı hərbi hissənin heç bir avtomobili, onun dediyi kimi «KARTEC» adlandırdığı maşın sürüsü olmamışdır. Bu istintaq materiallarındada öz əksini tapıb.
Hadisə Olimp maqazinindən Hüseyin Cavid parkına gedən yolda Beynəlxalq Bankın qabağındakı üst piyada keçid yolunda “zebra”da baş vermişdir. Bu iş materiallarında da belədir.
Ekspertiza Yasamal rayon müstəntiqi Abdulla Əliyevin məlumatları əsasında aparılsa da, Prokurorluq tərəfindən qərar ləğv edilərək təkrar ekspertizaya göstərişlər verilsə də, ona əməl olunmamışdır. Fərəc Quliyev gözəl bilir ki, müstəntiqin əsassız və qanunsuz verilən qərarlarından daim şikayətlər edirəm. Eyni zamanda da qızımın əməliyyat olunması ilə əlaqədar. Hər dəfə araşdırmalar təzələnəndə, yeni-yeni qərarlar veriləndə Fərəc Quliyev və onun tərəfdarları əməliyyata kömək edəcəklərini vəd versələr də, aldadıcı manevralardan son anda imtina etmişlər. Mənim qızımın vəkili qohumu Elman Süleymanov və Şakir Əhmədov olub. Fərəc Quliyevin adlandırdığı şəxslər qızımın və ailəsinin, nə də mənim heç bir qohumluq əlaqəsi yoxdur , tanımırıqda. Lakin məndə olan məlumata görə Fərəc Quliyev dediyi kimi «Milli Şura»da yer alan Əli Kərimov, Mövsüm Bayramov, Təhmasib Novruzov, Fərəc Quliyevlə Xalq Cəbhəsi qardaşları olmaqla, bir komandada olublar. Ona görə də bir-birilərini tanıyır, müraciət edirlər öz problemləri üçün.
Polis idarəsində qızımın hadisəsi ilə bağlı izahat vermişəm. Çünki hadisə gecəsi 102 xidmətinə zəng edərək qızımın itkin düşdüyünü bildirmişdim. Lakin oğlu Türkel Quliyevin günahsız olması və mənim minnətdarlığım Fərəc Quliyevin növbəti uydurmalarındandır. Və mənə o da məlumdur ki, deputat Fərəc Quliyevdən qızımın əməliyyatı ilə əlaqədar öhdəliyini soruşanda cavabında bu tərz uydurmalardan və santaj olmağından bəhs edir. Fərəc Quliyev əgər Yasamal rayon Prokurorluğunun, Yasamal rayon Polis idarəsi müstəntiqinin əsassız və qanunsuz verdiyi və Respublika Prokurorunun müavini əsasıq və qanunsuz qərarlarını ləğv edərək yenidən araşdırmaya göndərilən materialı siyasi şou sayırsa, buna nə söz demək olar?

Fərəc Quliyevin özü və oğlu Quliyev Türkel Fərəc oğlu qızımın əməliyyatı və müalicəsinə olan vəsaiti ödəməyəcəyini və bu onların vəzifə borcları olmadığını bildirəndən sonra qızım özü ərizə ilə Səbail rayon məhkəməsinə mülki qaydada iddia qaldırmışdır. Mən daima Azərbaycan Respublikasının bütün aidiyyatı instansiyalarına müraciət edirəm. Qarşı tərəfin mövqeyini oxuduqdan sonra anladım ki, Fərəc Quliyev şikayət etdiyim orqanlara oğlunun törətdiyi cinayəti ört-basdır etmək üçün, bütün müxalifət lidlerlərini mənim qohumum hesab etməklə, məsələyə siyasi don qeydirərək, yuxarı instansiyalara və cəmiyyətə ağır bədən xəsarəti almış qızımı əməliyyat etdirmək əvəzinə şantajçı kimi təqdim etmək istəyir.
Cəmiyyətin gözü tərəzidir. İndi 1992-ci illər deyil.
İnsanları küçədən yığıb silahsız, səriştəsiz olanları cəbhə bölgəsinə tullayıb, öz ərköyün oğlunu isə “Tarqovı”ya qeydiyyata salıb Mili Məclisin yanında hərbi hissədə yerləşdirəsən.
Həmin hərbi hissənin ilk beynəlmilər şəhidi Rafael Ağayev oğlunuzun vurduğu Afaq Süleymanovla bir nənənin nəvəsidir. Sonda, mən qızım əməliyyat olmayana, həyata tam sağlam qayıtmayana qədər bu əsassız və qanunsuz verilən qərardan daima Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokurorluğuna, bütün adiyyatı orqanlarına şikayətimi dayandırmayacağam”.

Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın