Çərşənbə axşamı , Sentyabr 29 2020
Ana səhifə / Aktual / Millət vəkilinin saxlanılan oğlu – Fotolar

Millət vəkilinin saxlanılan oğlu – Fotolar

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı barəsində bu gün məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.  

Mirhəmid Nərimanlı özünü vergi orqanlarına “Relax” istirahət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib.

Qeyd edək ki, deputatın qardaşı oğlu Orxan Nərimanlı barəsində də məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. M. Nərimanlı, O. Nərimanlı və bir neçə başqa şəxs Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gələn vergi  əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndirilirlər. 

“Qafqazinfo” M. Nərimanlının fotolarını əldə edib. Həmin fotoları təqdim edirik:

Həmçinin oxuyun

İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu

Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” televiziya kanalının canlı yayımına qoşulub.  ” Azinforum.az ” xəbər verir ki, …