Şənbə , Avqust 20 2022
Ana səhifə / Aktual / Millət vəkili Zaur Kamalı SƏRT TƏNQİD ETDİ

Millət vəkili Zaur Kamalı SƏRT TƏNQİD ETDİ

“Həmin Zaur” proqramının ötəngünkü buraxılışında Zaur Kamalın Güney Azərbaycandan olan müğənni Afşin Azərini canlı efirdən qovması cəmiyyətdə böyük ajiotaj doğurub.

Məsələyə millət vəkilləri də reaksiya verib. Belə ki, deputat Razi Nurullayev sosial şəbəkədə aparıcı Zaur Kamalı sərt tənqid edib:

“Çalışıram ki, şou-biznes məsələlərinə fikir bildirməyim, çünki hamı o haqda nəsə deyir. Deputat isə dövlət əhəmiyyətli işlərlə məşğul olarsa, daha yaxşı. Bu məsələni isə dövlət əhəmiyyətli hesab edirəm. Zaur Kamalın Afşin Azərini studiyadan qovması ciddi siyasi yanlışlıq və ciddi qəbahət idi. Ola bilsin ki, Zaur bəy bu yükün nə qədər ağır olduğunu dərk edə bilməyib. Təəssüf edirəm!”

Xatırladaq ki, ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində qalmaqal baş verib. Belə ki, proqramın aparıcısı Zaur Kamal və Güney Azərbaycandan olan müğənni Afşin Azəri arasında mübahisə yaşanıb. Sənətçi aparıcının “İrandan çoxsaylı tamaşaçımız olduğu üçün burdasınız” sözlərinə “O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”, – deyə, cavab verib. Aparıcı isə öz növbəsində “Şəhərdə müsahibə götürdük, adınızı bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Pormehr və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam”, – deyib.

Güneyli müğənni Afşin Azəri isə Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirib: “Dediyiniz söz-söhbət mənim yadıma gəlmir. İki kişinin xüsusi söhbəti bir-birinin yanında qalsa, daha yaxşı olar”. Bu zaman aparıcı “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyib, onu efirdən qovub. Musavat.com

Həmçinin oxuyun

DSX 1 milyon manatlıq dərman alır

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Pharmanova” MMC (VÖEN- 1301946271) olub. …