Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Aktual / Millət vəkili Naqif Həmzəyev Bakı Gənclər Mərkəzində qonaq olub

Millət vəkili Naqif Həmzəyev Bakı Gənclər Mərkəzində qonaq olub

07 oktyabr 2021-ci il tarixində millət vəkili Naqif Həmzəyev Bakı Gənclər Mərkəzində qonaq olub. 

Millət vəkili ilk olaraq, mərkəzin inzibatı binası ilə tanış olmuş, Heydər Əliyev muzeyini ziyarət edib.

Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva tərəfindən millət vəkili Naqif Həmzəyev ilə Bakı Gənclər Mərkəzinin fəaliyyəti, gənclər iş və gələcək planlar haqqında müzakirələr aparılıb.

Naqif Həmzəyev gənclərlə bağlı layihələrdə yer almağa, dəstək olmağa hazır olduğunu bildirib. Qərara alınıb ki, millət vəkili ilə gənclərin görüşü keçirilsin.

Görüşün sonunda Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva tərəfindən millət vəkilinə “Nizami ili” münasibətilə gənclərin öz əməyi ilə hazırladığı dahi şairin portretini təqdim edilmiş, xatirə şəkli çəkilib.

Həmçinin oxuyun

Səbuhi Abbasov: “Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi fikirlər regionun siyasi mənzərəsinin real təsviri idi”

Bu sözləri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Prezidenti İlham …