Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Mikayıl Cabbarovun yeni müavini o oldu – Foto

Mikayıl Cabbarovun yeni müavini o oldu – Foto

Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub. 

” Azinforum,az ” “Report”a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəf təyin olunub. Nazirlik bu faktı təsdiq edib.

Qeyd edək ki, R.Nəcəf 2019-cu ilin sentyabrında Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, R.Nəcəf aprelin 9-da 1982-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalaviriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

R.Nəcəf 3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …