Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Mikayıl Cabbarovdan erməni nazir müavininə sərt cavab – Video

Mikayıl Cabbarovdan erməni nazir müavininə sərt cavab – Video

Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyan bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında “Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” tipli təxribat xarakterli sual səsləndirib.

“Qafqazinfo”nun məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov erməni tərəfinin bu fikirlərinə sərt şəkildə reaksiya verib:

“TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destuktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıb.

Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb. Sizin paytaxtınızda isə, – faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığıniz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək”. 

Qeyd edək ki, beynəlxalq konfransda TRACECA-ya 13 üzv və 2 müşahidəçi ölkənin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Həmçinin oxuyun

Prezident xalqa müraciət edəcək

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edəcək.