Şənbə , Mart 6 2021
Ana səhifə / Aktual / Mikayıl Cabbarov təkzib edir

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”.

Bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə verdiyi müsahibədə deyib.

Nazir bütün dövlət şirkətlərinin özəlləşdirilməyəcəyini söyləyib. Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bu, indiyədək təklif olunmayan yeni aktivləri əhatə edəcək: “Biz müəyyən müddət ərzində “Özəlləşdirmə naminə özəlləşdirmə” aparmağı düzgün hesab etmirik. Ona görə də investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə səhmlərin dəyərini artırmaq və işləmək imkanı verilib”.

Nazirin sözlərinə görə, 21 iri dövlət şirkətinin iştirakı ilə yaradılmış yeni holdinqdə səmərəliliyin və korporativ idarəetmənin artırılması, həmçinin onları özəlləşdirməyə hazırlamaq planlaşdırılır.

Həmçinin oxuyun

Mübariz Mənsimova 5 il şərti cəza kəsildi

Azərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddətinə cəza verilib.Məhkəmə …