Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / MİKAYIL CABBAROV GENERAL – LEYTENANT OLDU – Prezidentin sərəncamı

MİKAYIL CABBAROV GENERAL – LEYTENANT OLDU – Prezidentin sərəncamı

Fevralın 9-da prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Qeyd edək ki, I dərəcəli dövlət vergi xidməti müşaviri general-polkovnik, II dərəcəli dövlət vergi xidməti müşaviri general-leytenant, III dərəcəli dövlət vergi xidməti müşaviri general-mayor sayılır.  Bu da Mikayıl Cabbarova general-leytenant rütbəsinin verildiyi deməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı iıə hər il fevralın 11-i—Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradıldığı gün vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bununla bağlı prezident hər ii Vergilər Nazirliyinin əməkdaşlarının bir qismini fəxri adlarla, yeni rütbələrlə təltif edir.

“AzPolitika.info” hələ bir müddət əvvəl vergi xidməti işçilərinin peşə bayramı ərəfəsində Mikayıl Cabbarova yüksək rütbə veriləcəyinə dair xəbər yaymışdı.  Saytımıza verilən məlumatda vergilər nazirinin yeni rütbə ilə təltif edilənlər arasında olacağı bildirilmişdi.

Məlum olduğu kimi, Mikayıl Cabbarov 5 dekabr 2017-ci ildəı vergilər nazir təyin olunsa da, həmin vaxt ona rütbə verilməmişdi. Halbuki, sabiq vergilər naziri Fazil Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviri idi ki, bu da general-polkovnik sayılır.

Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışanların əksəriyyəti general rütbəsi daşıyır. Buna görə də, Mikayıl Cabbarova da general rütbəsi verilməsi gözlənilirdi.Bu gözlənti özünü ötən ilin oktyabrında doğrultdu. 2018-ci ilin oktyabr ayının 10-da Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.  Bu, vergi sistemində general -mayor rütbəsi hesab olunur.

Prezidentin fevralın 9-da verdiyi sərəncamla isə artıq Mikayıl Cabbarova general-leytenant rütbəsi verildi. Yəqin ki, bu ilin sonuna qədər Cabbarova I dərəcəli dövlət vergi xidməti müşaviri  – general-polkovnik rütbəsi veriləcək.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …