Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Mikayıl Cabbarov, Əhməd Vəliyevin oğlu və məhv olan Azərbaycan təhsili…

Mikayıl Cabbarov, Əhməd Vəliyevin oğlu və məhv olan Azərbaycan təhsili…

Təhsil Nazirliynin Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri Samir Vəliyevin “təmizləmə” əməliyyatı, ancaq öz yaxın dostlarını kolleclərə direktor gətirilməsi ilə nəticələnib.
TQDK-nın yaydığı orta təhsil məktəblərində buraxılış imtahanlarının statistik məlumatlar Azərbaycanda təhsilin nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərdi. Bu statisitika həmçinin bizim hamımızın birlikdə söydyümüz Misir Mərdanovun zamanından sonra təhsilin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisi oldu. Və belə görünür ki, Azərbaycan təhsili uzun illər bərbad vəziyyətdə olmaqda davam edəcək. Çünki Mikayıl Cabbarovun kadrları bu ehtimalı sıfıra endirir.
Qeyd edək ki, TQDK-nın sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının nəticələrini, (statistika biabırçı vəziyyəti əhatə edirdi), açıqladığı andan ara qarışdı. Bir çoxları Təhsil naziri Mikayıl Cabbarovun tərəfdarı olaraq müzakirələrə qoşulmağa, hazırki naziri müdafiə etməyə başladılar. Hətta Qubad İbadoğlunun açıqlamalarına təhsil üzrə ekspert Etibar Əliyev də don geyindirməyə çalışdı ki, bu acınacaqlı vəziyyətə görə Mikayıl Cabbarov yox, Misir Mərdanov günahkardır. Təhsil eksperti kimi tanıdığımız Etibar Əliyevin yanaşması açığı özünü də qane edib, ürəyindən gəlməsə də, buna məcbur kimi, loyal fikirləri ilə hələ neçə belə illərdən üzərinə qayıdılacaq bir məsələ olaraq bağlandı. Amma Etibar Əliyev bir təhsil eksperti kimi sonrakı illərində acınacaqlı statistikasına loyal arayış vermək istəmirsə, mütləqdir ki, təhsil nazirinin orta məktəb direktorları, ali və orta ixtisas ilk peşə təhsili müəssisələrinə rəhbər təyin olunanların kimliyini araşdırsın, gələcək perspektivdə təhsilimizə rəhbər qoyulan bazar adamlarından təhsili qaldıra biləcəklərinə dair yəqinlər əldə etsin.
Gərəkdir ki, Etibar Əliyev Mikayıl Cabbarovun təhsil naziri olduğu andan etibarən ətrafına yığdığı təhsilli, amma təhsil sistemindən xəbərsiz olan gənclərdən başlasın. Və bir ekspert kimi səmimi olaraq desin ki, Mikayıl Cabbarovun kadrları ilə təhsilin səviyyəsini qaldırmaq olar, yoxsa yox. Ən əsası bu kadrlarla gələcəkdə Azərbaycan təhsilini daha hansı acınacaqlı statistika gözləyə bilər. Məsələn, Təhsil Nazirliyində savadlı bir şəxsin Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri İlham Mustafayevin kiminlə əvəzləndiyini, orta məktəblərə, kolleclərə nədən bazar adamlarının rəhbər təyin olunduğunu, amma bunu keçmiş təhsil naziri Misir Mərdanovun etmədiyini müəyyənləşdirsin.
Açığı bunu təhsil üzrə ekspert Etibar Əliyevin cavablandıra biləcəyindən bir qədər şübhəliyik. Çünki bu gün Bakının orta məktəblərində tədricən o şəxslər direktor təyin edilir ki, onların çoxlu pulu var. Peşə məktəblərinə, kolleclərə o şəxslər rəhbər təyin olunur ki, onlar saxta diplom üzrə alverçilik edib pul qazanırdılar. Məsələn, ölkə əhalisinin mütləq əksəriyyəti bilir ki, 20 il bundan qabaq millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev “San Marino”, “Diplomatiya Universiteti” və s. tədris ocaqlarını təsis etməklə həmin universitetlərə TQDK plan yerlərindən əlavə qəbuldan kənar tələbə qəbulları aparmaqla neçə min gənci bədbəxt edib. Əldə etdiyi milyonlarla “Odlar Yurdu” Universitetini ələ keçirən millət vəkili Azərbaycan təhsilini məhv edən şəxslərin arasında yer alır. Təkcə Əhməd Vəliyevin bu günə qədər verdiyi saxta diplomlar araşdırılsa, o zaman ortaya çıxan mənzərədən sadəcə dəhşətə gəlmək olar. Bu halda Mikayıl Cabbrovun Əhməd Vəliyevin oğlu Samir Vəliyevi Təhsil Nazirliynin Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiriəyin etməsi nəqədər başa düşüləndir?
Kimdir Samir Vəliyev? Bir zamanlar atası Əhməd Vəliyevin “təhsil biznesində” əsas yardımçısı olan Samr Vəliyev, elə atasına məxsus olan “Odlar Yurdu” Univesitetində prorektor vəzifəsinə qədər “yüksəlib”. Hətta atasının yardımı ilə proffessor da ola bilib.
Bəs bunları Mikayıl Cabbarov bilmir, Samir Vəliyevin şöbə müdiri olmasını o təsdiqləməyib?! Belə olan halda, demək ki, təhsil naziri kimin pulu çoxdur, kimin atasının imkanları daha genişdir, prinsipi ilə çalışır. Və bu da təbii ki, Azərbaycan təhsilinin inkişafına heç bir stimul verə bilməz. Əksinə təhsili daha da bərbad vəziyyətə qoya bilər. TQDK-nın son statisitakısı da elə bunun göstəricisidir. Yəni hər gün bərbadlaşan və eybəcərləşən təhsil siseminin göstəricisidir, TQDK-nın son statisitakı.
Qeyd edək ki, Samir Vəliyevin Təhsil Nazirliynin Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri təyin olunduqdan sonra həyata keçirdiyi kadr islahatları ilə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Samir Vəliyevin “təmizləmə” əməliyyatı, ancaq öz yaxın dostlarını kolleclərə direktor gətirilməsi ilə nəticələnib.
Belə ki, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva işdən çıxarılıb vəyerinə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə rəhbərlik edən Xaləddin Ələkbərov gətirilib. Bu şəxsin adı dpima qalmaqallarda hallanıb tək özəlliyi Samr Vəliyevlə dost olmasıdır.
Bundan başqa Bakı Texniki Kollecinin direktoru Ramazan Məmmədov vəzifəsindən çıxarılıb, yerinə Fəxrəddin Məmmədovu gətirib. Bəs Fəxrəddin Məmmədov kimdir? Samir Vəliyevin bir zamanlar birlikdə çalışdığı şəxs deyilmi? Məlumat da o da qeyd olunur ki, Samir Vəliyevin yaxın dostu Bakı Sənaye Pedoqoji Kollecinin direktoru Vidadi Orucov mərhum Heydər Əliyevə sadiq 91-dən olan, Bakı İdarəetmə və Texnologiya Kollecini Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Heydər Hüseynovu tutduğu vəzifədən azad etdirib, öz adamlarını, Firudin Orucovu direktor əvəzi, Səfər Səfərovu qiyabi şöbənin müdiri qoydurub. Mənbə bildirir ki, hazırda Bakı İdarəetmə və Texnologiya Kollecini Dövlət İdarəetmə və Texnologiya Kollecini Vidadi Orucov öz şəxsi “sexi” kimi işlədir. “Sexofşik”i də Səfər Səfərovdur. Mənbə bildirir ki, Kollec talanır. Səfər Səfərov oğlunu kollecə komendant təyin edib, özü də direktor olmağa hazırlaşır. O da söylənilir ki, 91-dən olan Heydər Hüseynovu kollecdən uzaqlaşdıran da Samir Vəliyevə deyiblər ki, o 91-dəndir. Samir Vəliyev isə cavabında, “Daha 91-lər keçmir, onları qəbul edən kimdir”, cavab verib.
Yazıda adı keçən bütün şəxslərin möqeyini dərc etməyə hazırıq…

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …

Bir cavab yazın