Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Aktual / “Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil – AÇIQLAMA

“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil – AÇIQLAMA

Nəsimi rayonu ərazisində yerləşən “Midtown” hotel və “Bolmart” supermarketində kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, Səməd Vurğun küçəsi, 79D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikilidə təmir işləri ilə əlaqədar vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin və “Midtown” hotelinin havalandırma sistemi ilə sovrulub və obyektlərə ötürülüb.

Nəticədə 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Həmçinin oxuyun

Altıağacda 9, Şahdağda 3 sm qar yağıb – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 01-nə olan məlumatına əsasən ölkə ərazisində …