Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “MEYİTLƏRİ KAMAZA DOLDURUB…” – Xalq artistindən qandonduran sözlər

“MEYİTLƏRİ KAMAZA DOLDURUB…” – Xalq artistindən qandonduran sözlər

Bu gün Ağdamın işğal olunduğu gündür.Yenicag.az-a açıqlama verən xalq artisti Nəzakət Teymurova doğulduğu Ağdamın Əlimədətli kəndindəki son günlərini xatırlayıb: “Erməni ara vermədən “qrad”la hər yeri dağıtsa da, biz kəndimizdən – Ağdamın Əlimədətli kəndindən çıxmırdıq. Qardaşlarım döyüşdə idi, anam, bacılarım və bacım uşaqları ilə evimizdə qalırdıq. Həmin dəhşətli günü yəqin ki ömrümün sonuna qədər unuda bilməyəcəm. Səhər tezdən “qrad” səsinə oyandıq. Hava işıqlanmamışdı,amma atılan mərmilərin alovundan hər yer işıq idi. Pəncərəmizin şüşələri qırılıb töküldü, evimiz dağıldı, uşaqların çığırtısı anamın naləsinə qarışdı. Ayaqyalın evdən çıxıb küçəyə töküldük. Yolda gördük ki, ölən kim, başı, ayağı kəsilib can verən kim. Qonşumuzda bir ailə vardı, ata-bala öldü, qızı havalandı. Bizi maşına doldurub, kənddən Ağdama apardılar”.

Xalq artisti hərbi hissənin yaxınlığında olduqlarından hər gün kamazlarla meyit, yaralı gördüyünü deyib:”Evimiz hərbi hissəyə yaxın idi. Meyitləri kamaza doldurub, gətirirdilər ki, düşmən əlinə keçməsin. O dəhşətli günləri xatırlayanda ölüb-dirilirəm. Sinəmdə Ağdam yarası, Ağdam həsrəti var. Bacımın qəbri də oradadır. Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …