Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Metronu su basdı, “Sahil” stansiyası bağlandı

Metronu su basdı, “Sahil” stansiyası bağlandı

Bakı Metropoliteninin fəaliyyətində problem yaranıb. “İçərişəhər” stansiyası istiqamətində qatarların hərəkəti tam dayanıb. 

“Dərnəgül” stansiyası istiqamətində gedən qatarlar isə “Nizami” stansiyasına qədər hərəkət edir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev saivil.az-a bildirib ki, “Sahil” stansiyasında su axıntısında artım müşahidə olunub.

Bu artımın qarşısını almaq üçün gərginlik çıxarılıb. Buna görə də hazırda “28 may”-“İçərişəhər” xətti istiqamətində qatarların hərəkəti dayandırılıb.

“Həzi Aslanov” istiqamətindən gələn qatarlar “Nizami” stansiyasındakı dalandan geri qaytarılır. Metropoliten rəsmisi bildirib ki, problem qısa müddətdə aradan qaldırılacaq.

Bakı metrosunun “Sahil” stansiyası bağlanıb. Bu barədə faktı “Trend”ə metropolitendən təsdiqləyiblər.

Qısa müddətə bağlanan stansiyada problemin texniki nasazlıqdan yarandığı bildirilib.

Nəsimi Paşayev bildirib ki, sözügedən problemə metronun “28 may” və “Sahil” stansiyaları arasındakı tuneldə su axınının artması səbəb olub. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın